Mojo.az Banner
13:52 Əmək Məcəlləsinə dəyişiklik: atalara ödənişli doğum məzuniyyəti veriləcək  |     13:40 Bakıda müştərinin “İphone-17”-si oğurlandı  |     13:39 Cəmil Həsənli DTX-yə çağırılıb  |     13:19 Bakıda illərdir istifadəsiz qalan avtobuslar (Video)  |     13:08 Murad Quliyevin barəsində olan cinayət işi məhkəməyə göndərildi  |     13:00 14 yaşlı qızın toyu: Valideyn həbs olundu  |     12:55 “Sizin ağanız mənəm” - Həbs edilən başçı  |     12:46 Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb  |     12:20 Kiberpolis sosial şəbəkələrdə müalicəyə ehtiyacı olan uşaqların şəkillərini paylaşaraq dələduzluq edən şəxsi yaxaladı (Video)  |     11:51 Tramp BBC-ni məhkəməyə verdi  |     11:43 Vergi Məcəlləsində YENİLİK: ƏDV qeydiyyatının ləğvi üçün limitlər artırılır  |     11:41 Azərbaycanda 18 yaşadək işçilərlə bağlı YENİLİK  |     11:25 Tovuzda QƏZA: Ölən var  |     11:21 Qubada ƏMƏLİYYAT: Gənc oğlanın üzərində 11 kiloqram marixuana aşkar edildi  |     11:16 Baş nazirin sabiq müavini Abbas Abbasov axtarışa verildi - "Ramiz Mehdiyev işi" böyüyür  |     23:03 İranda zavodda partlayış oldu - Ölənlər var  |     22:58 İlin sözü seçildi  |     22:51 Velosipeddən yıxılan 9 yaşlı uşaq öldü  |     22:49 Naxçıvanın Ali Məhkəməsinin yeni sədri kimdir? - DOSYE  |     22:45 Məhkuma telefon ötürülməsinin qarşısı alınıb  |    
Left Banner
Right Banner

Hansı aptek dərmanı fərqli qiymətə satırsa, nazirliyə xəbər edin

18.02.2019 17:10 1 856
Hansı aptek dərmanı fərqli qiymətə satırsa, nazirliyə xəbər edin
İqtisadiyyat naziri Şahin Mustafayev bəzi dərman vasitələrinin apteklərdə fərqli qiymətlərə satılması məsələsi ilə bağlı istehlakçılara müraciət edib.

Nazir istehlakçılardan dövlət tərəfindən tənzimlənən qiymətləri pozan apteklər haqqında məlumatları İqtisadiyyat Nazirliyinə göndərməyi xahiş edib.

O, Azərbaycanda Tarif Şurasının ləğv olunması ilə bağlı gəzən söhbətlərə də münasibət bildirib:

“Tarif Şurası ləğv edilməyib, prezidentin sərəncamı ilə Tarif Şurasının katibliyində dəyişiklik ediləcək. Bu, o demək deyil ki, Tarif Şurası ləğv olunacaq, tariflər tənzimlənməyəcək. Tarif Şurası fəaliyyət göstərir və dövlət tərəfindən müəyyən edilən xidmətlərin dəyəri yenə də tənzimlənəcək.

Bu, davamlıdır. Dövlət tərəfindən dərman vasitələrinin qiymətləri də tənzimlənir. Bu gün apteklərdə qiymətlər Tarif Şurasının müəyyən etdiyindən yüksəkdirsə, bu barədə bizə məlumat verin”.

Qeyd edək ki, dərman vasitələrinin qiymətləri İqtisadiyyat Nazirliyinin və Tarif Şurasının rəsmi internet səhifəsində göstərilib.
//oxu.azскачать dle 11.3