Mojo.az Banner
15:06 Deputat xəstəxanalardakı vətəndaşları narazı salan növbələrdən danışdı: "Ciddi fikir veriləcək"  |     14:25 Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq  |     14:22 Ramik Hacıyev millimizdən imtina etdi: Görün hansı ölkəni təmsil edəcək  |     14:17 SOMDA əməkdaşlarının tibbi təminatı DİN-ə həvalə olundu  |     14:11 İlginc qərar: Məhkəmə anası ilə sərt davranan övladı mirasdan məhrum etdi  |     13:10 Azərbaycanlı deputatlara Rusiyadan dəvət gəldi  |     12:51 “Hicablıdırsa, özünü göstərə bilməz?” – İlahiyyatçıdan müzakirələrə cavab  |     12:19 Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı  |     12:13 Cəlilabadda qadın su quyusuna düşərək ölüb  |     12:04 Karantin rejimi ilə bağlı YENİ QƏRAR  |     12:03 Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb - FOTO  |     12:01 Hacıqabulda oğurluq edən şəxs saxlanıldı  |     12:01 Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü  |     12:00 Toylarında gözlənilməz qayda – Bu ənənə qadağan edilir?  |     11:58 “Həzi Aslanov”dakı təmir yekunlaşır - Bu tarixdə  |     11:50 Məktəblinin sosial şəbəkə videosu gündəm oldu: Valideynlərə xəbərdarlıq (Video)  |     11:43 Bakıda altı dost gecə dəhşət yaşadı - FOTO  |     11:41 Tələbələrə yol açıldı: Həsən Əliyev küçəsində müvəqqəti keçid yaradıldı - VİDEO  |     11:40 Azərbaycan və Qırğızıstan arasında "yol" açılır - Avtomobil əlaqələri sadələşdirilir  |     11:38 Bakıda elektrikli avtobus yolda qaldı: Sərnişinlər düşürüldülər - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

“Sizin ağanız mənəm” - Həbs edilən başçı

16.12.2025 12:55 456
“Sizin ağanız mənəm” - Həbs edilən başçı
Dövlət Təhlükəsizlik Xidmətinin Balakənin sabiq icra başçısı İslam Rzayevin həbsi ilə bağlı görüntüləri yaymasından sonra onun personası yenidən müzakirə mövzusuna çevrilib. Dünəndən bəri mediada Rzayevin əməllərinə dair yeni faktlar tirajlanır.

Median.Az
bildirir ki, Metbuat.az bu mövzuda maraqlı məlumat əldə edib. Balakən sakinlərindən biri sayta açıqlamasında deyib ki, 14 il icra başçısı vəzifəsində çalışan İslam Rzayev özünü dövlət qulluqçusu deyil, rayonun ağası kimi aparırmış. Tabeliyində çalışan şəxslərlə kobud rəftar onun xarakteri üçün vazkeçilməz xüsusiyyət olub.

Məlumatlara görə, İslam Rzayev təkcə icra hakimiyyətinin əməkdaşlarına deyil, hətta ona tabe olmayan vəzifəli şəxslərə də qanunsuz göstərişlər verirmiş. O, regional təhsil idarəsinin müdiri, baş həkim, maliyyə idarəsinin rəisi, sosial təminat şöbəsinin sədri və digər vəzifəli şəxsləri həmişə təzyiq altında saxlayıb. Balakəndə müxtəlif dövlət qurumlarına rəhbərlik edən məmurları tez-tez kabinetinə çağırıb məzəmmət etmək Rzayevin sevimli məşğuliyyətlərindən biri olub. Balakənlilər onun dilindən "Bakıdakıları yaddan çıxarın, sizin ağanız mənəm" sözlərini tez-tez eşidirmiş. Onun razılığı olmadan rayonun heç bir xəstəxanasına baş həkim, heç bir məktəbə direktor təyin edilmirmiş. Hətta seçkili qurum olan bələdiyyələr də icra başçısının öz “üsulları” ilə formalaşırmış.

Balakəndə idarə və təşkilat rəhbəri olan bəzi məmurların bu münasibətdən narazı qaldığı üçün Rzayevdən tez-tez mərkəzə şikayət etdiyi bildirilir.

İslam Rzayev son iki ildə haqqında ən çox şikayət edilən icra başçılarından biri olub.скачать dle 11.3
Mojo.az Banner