Mojo.az Banner
23:03 Meteohəssas insanların nəzərinə!  |     22:56 Bakıda qadın evində ölü tapıldı  |     22:51 Sanksiyalar və müharibə İranı çökdürür - Qiymətlər KƏSKİN BAHALAŞDI  |     22:44 Bir gündə 34 kiloqramdan çox narkotik aşkarlanıb  |     22:41 İstidən qorunmağın dadlı və sadə yolları - Həkimdən praktik məsləhətlər  |     22:31 "Qarabağ" Avstriya klubunu böyük hesabla məğlub etdi  |     22:27 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək  |     22:22 Pensiya və müavinətlərlə bağlı mühüm xəbər: Ödənişlərin vaxtı dəyişir? - AÇIQLAMA  |     22:14 Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK  |     22:09 İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO  |     22:01 Pakistanda atışma və güclü partlayış baş verdi  |     21:56 Qayda pozan motosiklet sürücülərinə qarşı tədbirlər sərtəşdirilir - Video  |     21:48 "UFC Fight Night Baku": İkram Aliskerov braziliyalı rəqibini məğlub edib  |     21:47 Afrikada vəba epidemiyası: 14 ölkəyə yayıldı  |     21:44 Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - Video  |     21:38 Tovuzda ağır QƏZA: Ölən və xəsarət alanlar var  |     21:29 Xaricdə təhsil alanların NƏZƏRİNƏ: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər  |     21:23 Ceyhun Bayramov və Hakan Fidan strateji əməkdaşlıq məsələlərini müzakirə ediblər  |     21:15 Xaçmazda kişi evin həyətində ölü tapıldı  |     21:10 İtaliyanın ən uzun çayı quruyur  |    
Left Banner
Right Banner

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

16.12.2025 12:46 366
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Dekabr ayının 15-də saat 23 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar olunub.

Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb.

Keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhədini pozmaqla ümumi çəkisi 31 kiloqram narkotik vasitəni ölkə ərazisinə gətirməyə cəhd göstərən Lənkəran rayon sakinləri - 1985-ci il təvəllüdlü Qədir Hüseynağa oğlu Şahbazov və 1986-cı il təvəllüdlü Zamiq Mövsümağa oğlu Babayev saxlanılıblar.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner