Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Vergi Məcəlləsində YENİLİK: ƏDV qeydiyyatının ləğvi üçün limitlər artırılır

16.12.2025 11:43 1 155
Vergi Məcəlləsində YENİLİK: ƏDV qeydiyyatının ləğvi üçün limitlər artırılır
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər pərakəndə ticarət və əhaliyə xidmət sahələrində ƏDV qeydiyyatı ilə bağlı qaydaları əhəmiyyətli dərəcədə yeniləyir. Hazırkı qanunvericiliyə görə, ardıcıl 12 aylıq dövrdə vergi tutulan əməliyyatların məbləği 200 min manatı keçdikdə vergi ödəyicisi məcburi qaydada ƏDV qeydiyyatına alınmalıdır.

2026-cı ildən etibarən isə ƏDV qeydiyyat limitinin POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatlara 0.5 əmsal tətbiq etməklə iki dəfə artırılaraq 400 min manata çatdırılır.

Həmçinin, eyni yanaşma vergi ödəyicisinin ƏDV qeydiyyatının ləğvi zamanı da tətbiq ediləcək. Belə ki, Vergi Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən vergiyə cəlb olunan əməliyyatlarının həcmi əvvəlki tam 12 təqvim ayı 100 000 manatdan çox olmadığı halda vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması barədə ərizə təqdim edə bilirdisə, 1 yanvar 2026-cı ildən etibarən ƏDV qeydiyyatının ləğvi zamanı vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0.5 əmsal tətbiq edilməklə nəzərə alınacaq.

Nağdsız əməliyyatlara tətbiq edilən 0.5 əmsal nə deməkdir?

Median.Az xəbər verir ki, bununla bağlıAzərbaycan Respublikasının Auditorlar Palatasının üzvü, auditor Mehdi Babayev "APA-Economics"ə açıqlama verib.

O bildirib ki, dəyişiklik nağdsız ödənişləri stimullaşdırmaq məqsədi daşıyır:

"Pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə POS-terminal vasitəsilə nağdsız aparılan ödənişlərə 0.5 əmsal tətbiq edilir. Bu, həmin dövriyyənin ƏDV qeydiyyatı üçün yarı məbləğ kimi qəbul edilməsi deməkdir".

"Bu yanaşma sahibkarların nağdsız əməliyyatlarını faktiki dövriyyədən daha aşağı göstərici ilə ƏDV məqsədlərinə hesablanmasına imkan verir.

Yeni qaydaların tətbiqi praktikada sahibkarlar üçün real güzəştlər yaradır. Məsələn, fərdi sahibkarın bir il ərzində POS-terminal vasitəsilə 300 min manat nağdsız dövriyyəsi, əlavə olaraq isə 40 min manat nağd dövriyyəsi formalaşdığını nəzərə alaq. Bu halda sahibkarın ümumi dövriyyəsi 340 min manat təşkil edir. Mövcud yanaşmaya görə bu məbləğ ƏDV qeydiyyatı üçün öhdəlik yaradır. Lakin yeni mexanizm çərçivəsində nağdsız dövriyyəyə 0.5 əmsal tətbiq olunduğundan, 300 min manatlıq nağdsız dövriyyə ƏDV məqsədləri üçün 150 min manat kimi qəbul edilir. Nağd dövriyyə ilə birlikdə hesablandıqda sahibkarın ƏDV məqsədləri üçün dövriyyəsi 190 min manat təşkil edir. Bu məbləğ 200 min manatlıq məcburi ƏDV qeydiyyatı həddindən aşağı olduğuna görə, sahibkarın ƏDV ödəyicisi kimi qeydiyyata alınması öhdəliyi yaranmır", - Mehdi Babayev qeyd edib.

"Dəyişikliklər nəticəsində sahibkarlara demək olar ki, belə bir imkan yaradılır: Nağdsız qaydada 400 min manat dövriyyə apar, amma yenə də ƏDV ödəyicisi olma. Bu mexanizm sadələşdirilmiş vergi sistemində fəaliyyət göstərən sahibkarlar üçün əhəmiyyətli dəstək olacaq", - Mehdi Babayev vurğulayıb.

ƏDV qeydiyyatından çıxma prosesində də dəyişiklik tətbiq edilir

Hazırkı qanunvericiliyə görə, vergi ödəyicisi ardıcıl 12 ay üzrə dövriyyəsi 100 min manatdan çox deyilsə, ƏDV qeydiyyatının ləğvi üçün müraciət edə bilər.

"Yeni yanaşma ƏDV qeydiyyatından çıxma prosesində də sahibkarlar üçün daha əlverişli şərait yaradır. Məsələn, fərdi sahibkarın bir il ərzində 50 min manat nağd, 90 min manat isə POS-terminal vasitəsilə nağdsız dövriyyəsi formalaşıb. Bu halda ümumi dövriyyə 140 min manat təşkil etdiyindən, hazırkı qaydalara əsasən sahibkar ƏDV qeydiyyatının ləğvi üçün müraciət etmək hüququ əldə etmir. Lakin yeni mexanizm tətbiq olunduqda nağdsız dövriyyə 0.5 əmsalla hesablanır və 90 min manatlıq dövriyyə ƏDV məqsədləri üçün 45 min manat kimi qəbul edilir. Nağd dövriyyə ilə birlikdə hesablandıqda isə sahibkarın ƏDV məqsədləri üçün dövriyyəsi 95 min manat təşkil edir. Bu isə ona ƏDV qeydiyyatının ləğvi üçün müraciət etmək hüququ verir.

Nəticə etibarilə, nağdsız ödənişlərə tətbiq edilən 0.5 əmsal mexanizmi sahibkarların vergi yükünü azaltmaqla yanaşı, onların maliyyə əməliyyatlarını daha şəffaf və sistemli şəkildə aparmasına imkan yaradır. Bu islahat nağdsız dövriyyənin təşviqinə xidmət edir, sahibkarların fəaliyyətini yüngülləşdirir və dövlətin nağdsız iqtisadiyyatın genişləndirilməsi istiqamətində müəyyən etdiyi strateji hədəflərlə uzlaşır", - Mehdi Babayev əlavə edib.

Xatırladaq ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisdə müzakirələrdən sonra səsə qoyularaq III oxunuşda qəbul edilib.

Son xəbərlər