Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bu şəxslərin sabit vergi məbləği azaldıldı

02.01.2020 14:46 1 629
Azərbaycanda bu şəxslərin sabit vergi məbləği azaldıldı
Fərdi qaydada foto xidmətləri göstərən şəxslərin aylıq sabit vergi məbləği azaldılıb.

Bu barədə məlumat “Vergi Məcəlləsi”nə edilən dəyişikliklərdə öz əksini tapıb.

Yeni qaydalar yanvar ayının 1-dən etibarən qüvvəyə minib.

Dəyişikliklərə əsasən, fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 30 manatdan 15 manata endirilib.

Buna əsasən, fərdi foto xidmətləri göstərən fiziki şəxslər 15 manat məbləğə Bakı şəhərində 2 əmsal tətbiq etməklə 30 manat (əvvəllər 60 manat), Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində 1,5 əmsal tətbiq etməklə 22,5 manat (əvvəl 45 manat), Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1,0 əmsalı tətbiq etməklə 15 manat (əvvəl 30 manat), digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) – 0,5 əmsal tətbiq etməklə 7,5 manat (əvvəl 15 manat) sabit vergi ödəyəcək.
/oxu.az/

Son xəbərlər