23:01 Ukraynadakı müharibə zəka və hiyləgərlik yarışına çevrilib - CNN  |     22:56 Aİ nadir torpaq metallarının tədarükündə Çindən asılılığını azaldacaq  |     22:50 “Zirə”dən qələbə, “Araz Naxçıvan” - “Sabah” matçında isə heç-heçə  |     22:41 Sumqayıtda mənzildə meyit tapıldı  |     22:36 Qriqori Leps xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır  |     22:29 “Cərimənizi hələ ödəməmişəm, indi nə üçün gəlmisiniz?!” - AQTA və qəssablar arasında qalmaqal (Video)  |     22:20 Yeni “iPhone” dizaynları təqdim ediləcək  |     22:15 “İnter” argentinalı futbolçu ilə danışıqlar aparır  |     22:08 Bu yanacaqdoldurma məntəqəsi bağlandı - Video  |     22:00 Narkokartellər Avropaya kokain keçirmək üçün yeni üsullara əl atıb  |     21:54 Bakıda daş hasar hər an uçma təhlükəsi ilə üz-üzədir - Video  |     21:49 28 yaşlı kişi kəsici alətdən xəsarət aldı  |     21:47 Həmin qalmaqallı qurultaydan daha bir görüntü - Video  |     21:26 Gəncədə saxlanılan keçmiş vəkilin məhkəməsi keçirilir  |     21:13 Rusiyada həbsdə olan azərbaycanlı iş adamı sərbəst buraxıldı  |     21:06 Beyləqanda 43 yaşlı kişini elektrik cərəyanı vurub  |     21:01 Çobanyastığı çayının 5 yan təsiri - Diyetoloqlar açıqladı  |     20:54 Kirayə mənzil qiymətləri artacaq  |     20:47 Torpaq bazarında qiymətlər necədir?  |     20:44 Donald Tramp Kim Çen Inla görüşməyə hazırdır  |    

Yeni güzəşt gəlir: İndi hamı ödəyəcək, ancaq az ödəyəcək

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə görə, 2020-ci il yanvarın 1-dən toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 30 manatdan 20 manata endiriləcək. Fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən fiziki şəxslər üçün isə sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 30 manatdan 15 manata (2 dəfə aşağı) endiriləcək.

Bunu vergi qanunvericiliyi sahəsi üzrə mütəxəssis Radil Fətullayev toylarda, şənliklərdə aparıcı, çalğıçı, rəqqas və oxşar fəaliyyətlə məşğul olanların vergi ödəmə məsələsindən danışarkən deyib.

O bildirib ki, bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağı salınır: "Hazırda Bakı şəhərində toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 60 manatdır. Çünki bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği əmsallar tətbiq edilməklə müəyyən edilir. Bakı şəhəri üzrə əmsal 2 olduğu üçün (30 manat vurulsun 2-yə) verginin məbləği 60 manat edir. Amma gələn il yanvarın 1-dən isə Bakı şəhərində oxşar fəaliyyətlə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 40 manat olacaq".

"Hazırda Bakı şəhərində fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 60 manatdır. Amma gələn il yanvarın 1-dən isə Bakı şəhərində bu fəaliyyətlə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 30 manat (15 manat vurulsun 2-yə) olacaq" – deyə o bildirib.
Ekspert qeyd edib ki, bu məbləğ regionlara görə dəyişir: "Məsələn, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində oxşar fəaliyyətlə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 30 manat olacaq. Hazırda isə bu göstərici 45 manatdır. Digər bir misal, gələn ildən Qazax rayonunda fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 7 manat 50 qəpik olacaq (hazırda 15 manatdır). Digər oxşar fəaliyyətlə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 10 manat olacaq. Amma hazırda isə bu rəqəm 15 manatdır".

"Mövcud Vergi Məcəlləsinə görə çəkməçi, pinəçilər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 5 manatdır və bunlarda dəyişiklik yoxdur. Bakı şəhərində çəkməçi, pinəçilər üçün aylıq sabit vergi məbləği 10 manatdır. Rayonlarda isə bu rəqəm azalır. Məsələn, Qazax rayonunda çəkməçilər aylıq 2 manat 50 qəpik vergi ödəyirlər", – deyə o qeyd edib.

Ekspert müğənnilərin də vergi ödəmə məsələsindən danışıb: "Mövcud qanunvericiliyə görə, müğənnilər isə sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ ödəmirlər. Müğənnilər dövriyyələrinə görə ya sadələşdirilmiş vergi ya da mənfəət vergisi ödəyicisi olmalıdırlar. 12 aylıq dövriyyələri 200 min manata qədərdirsə, müğənnilər dövriyyələrinin 2 faizini ödəyirlər. Amma müğənnilərin 12 aylıq dövriyyələri 200 min manatdan çoxdursa, mənfəətdən 20 faiz vergi ödəməlidirlər. Bu da az məbləğ deyil. Ona görə də müğənnilərin əksəriyyəti sadələşdirilmiş vergi ödəyiciləridirlər. Yəni sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğin ödənilməsi toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olanlara aiddir. Müğənnilərin buraya aidiyyəti yoxdur, onlar gəlirlərinin 2 faizini ödəyirlər. Məsələn, müğənni 5 min manat pul qazanırsa, 100 manat vergi ödəyir. 1000 manat qazanırsa, 20 manat sadələşdirilmiş vergi ödəyir. Bunlarda dəyişiklik yoxdur".

Qeyd edək ki, Vergi Məcəlləsinə təklif edilən digər dəyişikliyə görə, yuxarıda sözügedən şəxsləri "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edən işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.//sputnik.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 065 22.11.19 23:21