Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib  |     14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |     12:56 Tanınmış xanım professor vəfat etdi  |     12:56 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?  |     12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |     12:32 Ararat Mirzoyan Bakıda həbsdə olan ermənilər barədə: "Müraciətlər olunub, lakin nəticə yoxdur"  |     12:31 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib - Foto  |     12:30 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı  |     12:27 Rusiyada 18-ci mərtəbədən yıxılan kişi sağ qaldı  |     12:25 Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib? - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Baş nazirin sabiq müavini Abbas Abbasov axtarışa verildi - "Ramiz Mehdiyev işi" böyüyür

16.12.2025 11:16 1 116
Baş nazirin sabiq müavini Abbas Abbasov axtarışa verildi -
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Ramiz Mehdiyev və digərləri barəsində dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub.

Cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Respublikası baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

Qeyd edək ki, A.Abbasov 1992-ci ildən Azərbaycan Respublikası baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiya Federasiyasında yaşamağa başlayıb.

A.Abbasov ötən müddət ərzində müxtəlif qanunsuz yollarla Rusiya Federasiyasında Azərbaycan diaspor strukturlarını ələ keçirib təsir altına salmaq istiqamətində pozucu fəaliyyət aparıb.

2012-ci ildə yaradılmış qalmaqallı, hamının "Milyarderlər İttifaqı" adı ilə tanıdığı Rusiya-Azərbaycan Təşkilatları İttifaqının təsisçisi və rəhbəri olub (özünü bu təşkilatın rəsmi təsisçisi kimi qeydiyyatdan keçirməyi də unutmayıb).

Azərbaycanda 2013-cü ilin əvvəlində Əli Kərimli və ətrafından ibarət tərkibdə formalaşdırılmış "Milli Şura"nın rəhbəri Rüstəm İbrahimbəyov da Abbas Abbasovun bilavasitə rəhbərliyi altında "Milyarderlər İttifaqı"nın Koordinasiya şurasının üzvü olub.

Hərçənd, hələ 2012-ci ildə "Milyarderlər İttifaqı"nın yaradılmasının Azərbaycanda siyasi proseslərə istiqamətləndiyi barədə xəbərdarlıq siqnalları veriləndə Rüstəm İbrahimbəyov "Milyarderlər İttifaqı" adından çıxış edib, müsahibələr verərək bu ittihamları yalanlayırdı. 2013-cü il hadisələri isə hamıya bəllidir.

Təsadüfi deyil ki, əvvəllər hər ay Azərbaycana gələn Abbas Abbasov 2013-cü ilin əvvəlində "Milli Şura"nın yaradılması məsələsi ortaya çıxan vaxtdan əməllərinə görə ehtiyatlanaraq Azərbaycana gəlmir.

Əldə edilən məlumatlara əsasən, qeyd olunan şəxslər və təşkilatlar arasında sövdələşməyə uyğun olaraq Azərbaycana müxtəlif kanallarla köçürülmüş pul vəsaitləri, həmin vaxt bu sövdələşmələrə və proses iştirakçılarına olunan vədlərə dair audio, videoyazılar, ölkə xaricində baş tutmuş görüşlərə, Azərbaycanda konstitusion dövlət hakimiyyətini zorakı yolla ələ keçirmə planlarına dair sair materiallar ələ keçirilərək cinayət işinə əlavə edilib və açıq məhkəmə baxışında geniş ictimailəşdiriləcək.

Son xəbərlər