Bakıda qızcığaz son anda itlərdən xilas edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Rusiyada azərbaycanlı sahibkarların, diaspor fəallarının və ictimai fiqurların həbsi siyasi təzyiq aktıdır  |     22:45 Kseniya Sobçak Rusiya-Azərbaycan gərginliyində Bakının tərəfini tutdu  |     22:35 Mingəçevirdə 34 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb  |     22:27 Milli Məclisin Komissiyasından Azərbaycana qarşı dezinformasiya kampaniyası ilə bağlı AÇIQLAMA  |     22:13 Rusiyada "Lukoyl"​un Uraldakı İstehsalat Birliyinin rəhbəri saxlanıldı  |     22:09 AZAL təyyarəsinin Rusiya Müdafiə Nazirliyinin əmri ilə vurulmasının növbəti təsdiqi  |     21:41 İrandan narkotik vasitələrin tranziti ilə bağlı Bakıda saxlanılan Rusiya vədəndaşları məhkəməyə gətirilib - FOTO  |     21:24 Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda saxlanılıb - VİDEO  |     21:21 Voronejdə saxlanılan azərbaycanlı sahibkar azadlığa buraxılıb - VİDEO (Yenilənib)  |     21:12 İsrail və Suriya İrana qarşı birləşir: Kəşfiyyat əməkdaşlığı gündəmdə  |     20:58 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ  |     20:51 Azərbaycan və Özbəkistan turistlər üçün viza prosedurlarını sadələşdirə bilər  |     20:46 Ali Məhkəmə saxta pul işi üzrə qərar verib  |     20:37 Təkrar sertifikatlaşdırmadan keçməyən 2300-dən çox müəllim işdən çıxarılıb  |     20:32 Paşinyan II Qareginin istefasını tələb edib  |     20:25 Musiqi və incəsənət məktəbləri müəllimlərinin 2025-ci il üçün attestasiyası yekunlaşıb  |     20:20 "Gəncə" klubu ABŞ-dən olan voleybolçunu transfer edib  |     20:13 “Fitch” bu il Azərbaycanda büdcə kəsiri ilə bağlı proqnozunu açıqlayıb  |     20:06 Slovakiya Elçin Qasımovu Bakıya səfir təyin edib  |     19:59 Bir ay ərzində sərhəddə 7 milyon manat dəyərində qaçaqmal tutulub  |    

Bakıda qızcığaz son anda itlərdən xilas edildi

Oktyabrın 12-də Bakıda, Mircəlal küçəsi 16 ünvanında körpə qız uşağı tapılıb.

Bu barədə Oxu.Az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin Sığınacağının koordinatoru Vasif Akifli bildirib.

Onun sözlərinə görə, hadisə səhər saat 05:00 radələrində baş verib:

“Ərazidə yaşayan vətəndaş küçədə itlərin hürüşməsini və bu zaman uşaq ağlaması səsi eşidib. Oraya gələn zaman uşağın itlərin əhatəsində qaldığını görüb və onu xilas edib. Azyaşlı Nəsimi rayon Polis Bölməsinə gətirib. O Azərbaycan Uşaqlar Birliyinin Sığınacağına yerləşdirilib”.

Vasif Akifli bildirib ki, uşağın kimliyi məlumdur:

“Onun ailəsini tapmaq üçün Xoşqədəm Hidayətqızının “Səni axtarıram” proqramına müraciət edilib. Ailəsi tapılıb və uşaq haqqında məlumatlar əldə edilib. Balaca qızcığazın iki yaşlı Lalə olduğu məlum olub.

Ailə bildirdi ki, uşaq oğurlanıb, bununla bağlı polisə müraciət ediblər. Amma uşağın qəyyumu olan anası ortalıqda yoxdur. Onun Laləni dünyaya gətirən zaman psixoloji problem yaşadığı və müalicə aldığı bildirilir. Biz uşağın oğurlanmasına inanmırıq. Artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanları da iş aparır”.

Sığınacağın koordinatoru qeyd edib ki, hazırda uşağın vəziyyəti stabildir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 758 16.10.18 12:28