İlham Əliyev: İqtisadi baxımdan heç kimdən asılı deyilik » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bill Qeyts Tramp və Maskı tənqid etdi  |     22:57 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     22:36 Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb  |     22:23 Başlıbel faciəsinin şahidləri məhkəmədə ifadə veriblər - FOTO  |     22:07 Paracüdoçu Şəhanə Hacıyeva Paralimpiya Oyunlarından uzaqlaşdırıldı  |     21:57 Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb  |     21:49 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:42 Səs yazısı yayılan direktor işdən çıxarıldı - AUDİO  |     21:30 Bu şəhərlərdə isti insanı öldürə bilər (SİYAHI)  |     21:23 Ağdamda 32 yaşlı kişini ilan sancıb  |     21:15 Pensiya alanlara yeni xəbər: Daha yüksək məbləğ ala bilərsiniz  |     21:07 3 manata satılan kabablar hansı ətdən hazırlanır? (VİDEO  |     20:50 60 yaşdan sonra insanlar üçün ən vacib fiziki hərəkət açıqlandı  |     20:43 Azərbaycan XİN: PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq  |     20:27 Türkiyədə heyvan mənşəli yoluxucu xəstəlik yayılıb, karantin elan edilib  |     20:05 Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qoşula bilər  |     19:44 Sumqayıtda marketin yaxınlığında 67 yaşlı qadının meyiti aşkarlanıb  |     19:27 Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ  |     19:03 Gəncədə bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır  |     18:44 HAMAS İsrail əsilli amerikalı əsiri bu gün azad edəcək  |    

İlham Əliyev: İqtisadi baxımdan heç kimdən asılı deyilik

Bütövlükdə ölkəmizdə - bütün bölgələrdə, bütün rayonlarda inkişaf sürətlə gedir. Ölkəmizin bu uğurlu inkişafı əlbəttə ki, xalqımızı da sevindirir, Azərbaycanın beynəlxalq nüfuzu, bizim gücümüz artır və iqtisadi sahədə aparılmış düzgün siyasət öz bəhrəsini verir.

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Lerikdə ictimaiyyət nümayəndələri ilə görüşdə çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır.

“Biz iqtisadi baxımdan heç kimdən asılı deyilik, biz özümüz öz taleyimizin sahibiyik. Güclü iqtisadiyyat, düşünülmüş iqtisadi siyasət, maliyyə imkanlarımızın genişləndirilməsi imkan verir ki, bütün bölgələrdə, ən ucqar yerlərdə gözəl layihələr icra edilsin. Bu gün Lerikdə açılacaq 16 meqavat gücündə yeni elektrik stansiyası özlüyündə böyük bir infrastruktur layihəsidir. İçməli su, qazlaşdırma – bütün bunları biz öz hesabımıza edirik. Heç kimdən yardım, heç kimdən kredit almadan. İndi kreditlərə də ehtiyac qalmır.

Düzdür, biz indi bəzi kreditləri alırıq, ancaq o proses də demək olar ki, dayandırıldı. Biz özümüz bəzi xarici ölkələrə kreditlər veririk və bundan faiz qazanırıq. Yəni, bu gün Azərbaycan, sözün əsl mənasında, öz sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf bütün bölgələrdə özünü büruzə verir, o cümlədən Lerik rayonunda.

Qeyd etdiyim kimi, Lerikə dördüncü dəfə səfər edirəm və bundan sonra da səfərlər olacaq. Əminəm ki, bu gün verilən tapşırıqlar, qərarlar gələcəkdə gözəl nəticələrə gətirib çıxaracaqdır. Lerikin gələcək iqtisadi və sosial inkişafı ilə bağlı əlavə addımlar atılacaq, sərəncam imzalanacaq.

Bilirəm, kənd yollarının tikintisi ilə bağlı layihələr hələ ki, gündəlikdədir. Eyni zamanda, məktəblərin tikintisi, ev təsərrüfatının yenidən qurulması ilə bağlı layihələr olacaq. Ona görə bir daha demək istəyirəm ki, sizi narahat edən məsələlər məruzə edilsin və müvafiq göstərişlər veriləcək. Bu günə qədər biz bu yolla getmişik və bu gün gözəl nəticələrə çatmışıq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 110 16.10.18 11:49