Mojo.az Banner
21:14 Azərbaycanda şəlalə dondu - FOTOLAR  |     21:07 Vaaqn Xaçatryan: Ümid edirəm ki, Azərbaycandan mallar birbaşa Ermənistana daxil olacaq  |     20:59 Cəlilabadın bir sıra ərazilərində elektrik enerjisinin verilişi təmin olunub  |     20:54 Qızılın qiyməti tarixi maksimumu yenilədi  |     20:41 "Euronews": Sovet qətliamının xatirəsi Azərbaycanın müstəqillik arzularında əsas amilə çevrilib  |     20:16 Vaaqn Xaçatryan: Ümid edirəm ki, Azərbaycandan mallar birbaşa Ermənistana daxil olacaq  |     19:30 Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi  |     19:24 Yanvarın 21-22-si ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ  |     19:18 Ən intellektual 3 BÜRC  |     18:54 Rusiyada miqrantlara bank hesabı açmaqla bağlı qadağalar qoyula bilər  |     18:26 Əliyar Ağayev Avroluqa oyununa təyinat aldı  |     18:10 "Qarabağ"dan yeni transfer - Qurban Qurbanov açıqladı  |     17:58 Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Vaqif Allahverdiyevə HÖKM OXUNDU  |     17:40 Mərkəzi Bank milyonluq əmlaklarını satışa çıxarıb  |     17:19 Binəqədidə 93 yaşlı kişinin meyiti aşkarlanıb  |     17:03 Tokayev: "Qazaxıstan Konstitusiyasının mətnində düzəliş tələb edən səhvlər var"  |     16:45 Ermənistanda federasiya prezidenti Azərbaycanla bağlı qalmaqaldan sonra istefa verdi  |     16:13 Moskvada 20 yanvar şəhidlərinin xatirəsi anılıb  |     16:06 Trampın Sülh Şurasına dəvət etdiyi ölkə başçılarının sayı bilindi  |     15:43 Qarlı hava nə vaxta qədər davam edəcək?  |    
Left Banner
Right Banner

Bakıda ər ona viski almayan arvadını gecə yarısı döyüb evdən qovdu - FOTO

15.10.2018 12:35 3 423
Bakıda ər ona viski almayan arvadını gecə yarısı döyüb evdən qovdu - FOTO
Bakıda qadına qarşı daha bir ailə məişət zorakılığı yaşanıb.

Səmayə Xəlilova (ad və soyad şərtidir) həyat yoldaşı tərəfindən döyülərək küçəyə atılıb.

Ailə münaqişəsinin yaranmasına səbəb ərin içki düşkünü olmasıdır.

Belə ki, Kamran Xəlilov (ad və soyad şərtidir) xadimə işləyən Səmayədən qazandığı 75 manata ona viski almağı tələb edib. Qadın o pulu uşaqlarının təhsili üçün yığdığını deyərək ərinə etiraz edib.

Arvadının rədd cavabından qəzəblənən ər onu döyüb və gecə yarısı evdən qovub.

Fiziki və mənəvi təcavüzə məruz qalan "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin Sığınacağına pənah aparıb.

"Təmiz Dünya" İB-nin sədri Mehriban Zeynalova Səmayənin Sığınacağa ilk gəlişi olmadığını deyir: "Bundan əvvəl də sığınacaqda uşaqları ilə birlikdə qalıb. Əri 2 dəfə içki içməyəcəyini söz verərək, qadını inandırıb və evə aparıb".


скачать dle 11.3