Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:24 Yasamalda üç nəfərin öldüyü yanğında anasını itirən Ləman məhkəmədə ilk dəfə ifadə verdi | 18:20 Sabahdan güclü külək başlayır - Xəbərdarlıq | 17:32 TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı | 17:13 Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər - VİDEO | 16:53 Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video | 16:49 Günəşdə yenidən partlayışlar qeydə alınıb | 16:42 Prezident İlham Əliyevə təbriklər gəlir | 16:34 Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar | 16:33 Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam | 16:32 Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu | 16:30 Bakıda kişi ona "keçəl" deyən bacısını döydü | 16:28 Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban əti 7 min ailəyə çatdırılacaq | 16:01 İrandan Azərbaycana qanunsuz keçmək istəyən əcnəbilər saxlanıldılar | 14:42 Cəlilabadda 6 kəndin işığı kəsilib | 14:38 "Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq | 14:33 Boşanma vaxtı qadını aldadıb 163 minlik ziyan vurdu - Qərar | 14:30 Göygöldə iki avtomobil toqquşdu, Türkiyə vətəndaşı da yaralandı | 14:22 Türk lirəsi rekord həddə ucuzlaşdı | 14:11 Falçının məhkəməsində zərərçəkən danışdı: "Bu qadına 360 min manatlıq qızıl vermişəm" | 14:00 Gələn il ərzaq bahalaşacaq - Dünya Bankı və BVF-dən yeni proqnozlar |
Mojo.az Avto
Mojo.az Avto

Vaaqn Xaçatryan: Ümid edirəm ki, Azərbaycandan mallar birbaşa Ermənistana daxil olacaq

20.01.2026 21:07 669
Vaaqn Xaçatryan: Ümid edirəm ki, Azərbaycandan mallar birbaşa Ermənistana daxil olacaq
Ermənistan Prezidenti Vaaqn Xaçatryan Azərbaycandan malların birbaşa Ermənistana daxil olacağına ümid etdiyini bildirib.

Report xəbər verir ki, o, bu barədə Dünya İqtisadi Forumunun illik iclası çərçivəsində panel müzakirəsində çıxışı zamanı danışıb.
Xaçatryanın sözlərinə görə, Azərbaycan və Ermənistan liderləri artıq sülhə nail olmaq üçün siyasi iradə və cəsarət nümayiş etdiriblər. O qeyd edib ki, bir-iki il əvvəl belə bir vəziyyət inanılmaz görünsə də, bu gün tərəflər münasibətlərin tamamilə yeni mərhələsindədirlər.
Ermənistan Prezidenti vurğulayıb ki, hazırda Azərbaycandan yüklər Gürcüstan ərazisindən keçməklə tranzit olaraq Ermənistana daxil olur, lakin perspektivdə Bakı və İrəvan arasında birbaşa daşımalar mümkün ola bilər. Onun sözlərinə görə, bu, 1990-cı illərdə yaranmış problemləri aradan qaldırmağa və gələcəyə diqqət yetirməyə imkan verəcək.

V.Xaçatryan həmçinin bildirib ki, əldə edilmiş razılaşmalar konkret prinsiplərə - ərazi bütövlüyünə, suverenliyə və yurisdiksiyaya qarşılıqlı hörmətə əsaslanır. O, sərhədlərin açılmasının münasibətlərin inkişafında növbəti məntiqi addım olacağına əminliyini ifadə edib.

Regionun perspektivlərindən danışan Ermənistan Prezidenti qeyd edib ki, əməkdaşlıq nəticəsində Cənubi Qafqaz həm siyasi, həm də iqtisadi baxımdan, o cümlədən Avropa və Asiya arasında əlaqələr kontekstində əlverişli regiona çevrilə bilər.

Xaçatryan göstərilən siyasi iradəyə görə Azərbaycan rəhbərliyinə və şəxsən Prezident İlham Əliyevə, eləcə də sülh prosesinə sadiqliyinə görə Ermənistanın Baş naziri Nikol Paşinyana təşəkkür edib. Bundan əlavə, o, 8 avqust 2025-ci ildə tarixi sənədin imzalanmasının təşkilinə kömək etmiş ABŞ Prezidenti Donald Trampın rolunu qeyd edib.

Son xəbərlər