Mojo.az Banner
21:34 Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?  |     21:26 Eyni soyadlı cütlüklər daha az boşanır  |     21:21 Bu bürclərin həyatında möcüzə baş verəcək  |     21:13 Qaxda köşk qalmaqalı: Vətən müharibəsi iştirakçısının köşkü qanunsuz sayıldı, 1 illik cəza aldı  |     21:07 Alimlər ağrı zamanı beyində informasiya axınının dəyişdiyini aşkar etdi  |     21:00 Bank kreditlərinə alternativ: İstiqraz bazarı faizləri necə aşağı sala bilər?  |     20:55 "Alibaba" Çinin ən güclü süni intellekt çipini təqdim etdi  |     20:48 Meymun tanınmış yazıçının həyat yoldaşına hücum edib öldürdü  |     20:42 "CHAI CITY"yə görə 710 minlik qalmaqal: Sahibkarın evi və avtomobillərinə "stop" qoyuldu  |     20:34 Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər  |     20:29 Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?  |     20:22 Məşhur klinika 26 min manat cərimələndi - RƏSMİ  |     20:17 Azərbaycanda bu şəxslərin evlənməsi QADAĞANDIR  |     20:11 Bakının bu küçəsinə tanınmış alimin adı verildi  |     20:04 Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb  |     19:56 Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir  |     19:51 "Qaradağ-Lökbatan" PFK ləğv olunur  |     19:44 Sabah 34° isti olacaq  |     19:39 "TRUMP TV" fəaliyyətə başladı  |     19:30 Azərbaycan - Çexiya matçının hakimləri müəyyənləşdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Qarlı hava nə vaxta qədər davam edəcək?

20.01.2026 15:43 372
Qarlı hava nə vaxta qədər davam edəcək?
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq- Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara zonasında sulu qar, qar yağır. Əksər yerlərdə yağıntılar intensiv və güclüdür.

O qeyd edib ki, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti yanvarın 21-i gündüzədək davam edəcək:

"Ayın 22-dən havanın mülayimləşəcəyi, əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi, mülayim cənub-qərb küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.

Havanın temperaturu isə Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, Aran rayonlarında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 3, dağlıq rayonlarda 7 dərəcəyədək şaxtadır”.скачать dle 11.3
Mojo.az Banner