Mojo.az Banner
22:57 "Formula-1"lə bağlı mühüm dəyişikliklər  |     22:52 Bakını tərk edən deputat danışdı: “Artıq burada yaşayıram”  |     22:42 Yumurta yeyənlərin diqqətinə: Bu xəstəliyin riski daha aşağı ola bilər  |     22:31 Serdar Ortaç vəsiyyətini açıqladı – Mirası kimlərə qalacaq?  |     22:21 Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı - SİYAHI  |     22:10 Universitetin 3-cü kurs tələbəsi vəfat etdi  |     21:53 Ozon dəliyi rekord səviyyədə kiçildi  |     21:48 Bu universitetlərdə dərslər onlayn keçiriləcək  |     21:40 "Bitcoin" sürətlə bahalaşır - Yeni QİYMƏT  |     21:35 Çalışanların 98 faizindən çoxu bu sektordadır - RƏQƏMLƏR  |     21:28 Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər - RƏSMİ STATİSTİKA  |     21:23 Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu  |     21:15 Bu əsgərlərə pis xəbər: bir neçə ay gec tərxis olunacaqlar – SƏBƏB  |     21:10 Toydan çıxarkən qonşusunu döydü - 2 il 3 ay azadlığı məhdudlaşdırıldı  |     21:02 Bu həftə ən şanslı olacaq BÜRCLƏR  |     20:57 Anasını yemək üstündə döydü - Məhkəmə qərar verdi  |     20:50 "Private Facility Management" və rəhbəri məhkəmə qarşısında - 3000 manatlıq cərimə  |     20:45 Bu qəzadan xəsarət almadan qurtuldular  |     20:39 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq  |     20:36 Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Moskvada 20 yanvar şəhidlərinin xatirəsi anılıb

20.01.2026 16:13 468
Moskvada 20 yanvar şəhidlərinin xatirəsi anılıb
Moskvada 20 yanvar şəhidlərinin xatirəsi anılıb.

Median.Az
APA-nın Moskva bürosuna istinadən xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbir keçirilib.

Əvvəlcə səfir Rəhman Mustafayev, səfirliyinı, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiya təhsil alan azərbaycanlı tələbələr, Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri Ümummilli Lider Heydər Əliyevin səfirliyin binasındakı barelyefinin və 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş bannerin önünə gül dəstələri qoyaraq, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə bildirilib ki, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin binasına gələrək burada mətbuat konfransı keçirərək Bakıda törədilmiş vəhşilikləri qətiyyətlə pisləyib, onları dinc əhaliyə qarşı terror adlandırıb. O, baş vermiş hadisəyə siyasi-hüquqi qiymət verilməsini və faciəni törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edib, bununla da Azərbaycan xalqı ilə həmrəy olduğunu nümayiş etdirib.

Vurğulanıb ki, məhz Heydər Əliyevin təşəbbüsü və əzmkarlığı sayəsində 20 Yanvar faciəsinə sonradan dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.

Həmin qanlı günlərin şahidi olan tədbir iştirakçıları 1990-cı ilin Yanvar hadisələri ilə bağlı xatirələrini bölüşüblər.скачать dle 11.3
Mojo.az Banner