Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Heydər Əliyevin xatirəsi Türkmənistanda anılıb

11.12.2023 11:29 3 480
Heydər Əliyevin xatirəsi Türkmənistanda anılıb
Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyində tədbir keçirilib.

Səfirlikdən “Report”a verilən məlumata görə, əvvəlcə Azərbaycan xalqının ümummilli liderinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ölkəmizin Türkmənistandakı səfiri Qismət Gözəlov və qonaqlar ulu öndər Heydər Əliyevin səfirlikdəki büstü önünə gül və çiçək dəstələri qoyublar.

Tədbirdə çıxış edən səfir ümummilli liderin həyat və fəaliyyəti, böyük dövlətçilik təcrübəsi, Azərbaycanın rifahı naminə gördüyü işlər, beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmlənməsi sahəsində fəaliyyəti haqqında geniş məlumat verib.

Çıxış edən diplomatik korpusun duayeni, Özbəkistanın Türkmənistandakı səfiri Akmaljon Kuçkarov və Türkiyənin Türkmənistandakı səfiri Toqan Oral Ulu Öndər haqqında öz fikir və mülahizələrini bölüşüb, ömrünü xalqına fədakar xidmətə həsr etmiş dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

Tədbirdə həmçinin, Türkmənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi, Qazaxıstan və Qırğızıstanın Türkmənistandakı səfirləri, eləcə də ictimaiyyət və media təmsilçiləri iştirak edib.

Sonda tədbir iştirakçılarına Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun Ümummilli lider Heydər Əliyevə həsr etdiyi, türkmən dilində dərc edilmiş “Əbədiyyət dastanı” (Ebedilik dessany) poemalar kitabı təqdim olunub.скачать dle 11.3
Mojo.az Banner