Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Vaqif Allahverdiyevə HÖKM OXUNDU

20.01.2026 17:58 462
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Vaqif Allahverdiyevə HÖKM OXUNDU
Hazırda ABŞ-də yaşayan və Azərbaycanda dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Vaqif Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən sonuncu iclasda oxunan qiyabi hökmlə V.Allahverdiyev səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Vaqif Allahverdiyev barəsində əvvəlcə Cinayət Məcəlləsinin 281.2-ci maddəsi (hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırışlar) ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. Bloqer istintaqdan yayınaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində axtarış elan olunub.

Binəqədi Rayon Məhkəməsinin 2025-ci il 23 fevral tarixli qərarı ilə onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Həmin il sentyabrın 18-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək, V.Allahverdiyev Cinayət Məcəlləsinin 220.2 (kütləvi iğtişaşlar, zorakılıq, hakimiyyət nümayəndəsinə müqavimət göstərmək, yaxud hakimiyyət orqanlarının qanuni tələblərinə tabe olmamaq) maddəsi ilə də təqsirləndirilib.

O, ABŞ-nin Kaliforniya ştatında yaşadığı müddətdə şəxsiyyətini gizlədərək, adını və soyadını dəyişərək özünü Viktor Aleksandr kimi təqdim edib.

Allahverdiyev 2017-ci ilin mart-may ayları ərzində Azərbaycan vətəndaşlarına ünvanlanan 5 ayrı videomüraciət hazırlayıb. Prokurorluğun ittiham aktında qeyd olunur ki, həmin videolarda adıçəkilən şəxs ictimai əmin-amanlığın pozulmasına səbəb olan, hakimiyyət orqanlarının fəaliyyətini iflic vəziyyətə salmağa və Azərbaycanda qanuni əsaslarla fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zorakı yollarla çıxmağı təşviq edən açıq çağırışlar səsləndirib.
//oxu.az

Son xəbərlər