Bakıda və regionlarda oğurluğa görə 13 nəfər saxlanılıb
Bundan başqa, Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 14-də aptekdən kosmetik əşyalar oğurlayan əvvəllər məhkum olunmuşlar Elməddin Əzizov və qardaşı Elgün saxlanılıblar, Nəsimi RPİ 20-ci polis bölməsinin əməkdaşları avqustun 17-də oyun zalından 7 ədəd oyun aparatı və müşahidə kamerasının yaddaş qurğusunu oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Məmmədovu saxlayıblar, Yasamal RPİ 27-ci polis bölməsinin əməkdaşları avqustun 15-də rayon ərazisindəki evdən 160 manat oğurlayan Babək rayon sakini Günay Abdullayevanı saxlayıblar, Nərimanov RPİ 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 12-də mağazadan 700 manat oğurlayan Şəmkir rayon sakini olan yeniyetmə saxlanılıb, DİN Baş Cinayət Axtarışı İdarəsi və Göygöl RPŞ əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Yeni Qızılca kəndinin otlaq sahəsindən 6 baş qoyunu oğurlayan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elzamin Bayramov saxlanılıb, Qusar RPŞ əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində 3 evdən pul və qızıl əşyalar oğurlayan şəhər sakinləri Marat Əlirzayev, Rəşad Tahirov, Seymur Seyidov, əvvəllər məhkum olunmuşlar Fərrux Yarəliyev və Alim Balabəyov saxlanılıblar. Araşdırma zamanı onların Yeni Həyat kəndində, 3 evdən 200 dollar, 3000 rubl və 2250 manat pul, habelə məişət əşyaları oğurlamaları müəyyən edilib. Qusar RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində 2016-cı ilin may ayında, rayon ərazisindəki 2 evdən məişət əşyaları və inşaat materialları oğurlayan Qalacıq kənd sakini, əvvəllər məhkum olunmuş Ömər Səlimov saxlanılıb.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.
