Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

15.06.2026 11:44 630
Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
İyunun 15-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.

Düşən yağıntının miqdarı Tərtərdə 20, Zərdabda 18, Gədəbəydə 16, Bərdə, Biləsuvarda 15, Cəlilabadda 12, Ağdamda 13, Şahbuzda 11, Qobustanda 10, Şəkidə 8, Göyçay, Göygöl, Naftalan, Daşkəsən, Sarıbaş (Qax), İmişlidə 7, Yevlaxda 6, Gəncə, Balakən, Mingəçevir, Şahdağ, Şamaxı, Goranboy, Naxçıvanda 5, Sədərək, Zaqatala, Oğuz, Qusarda 4, Quba, İsmayıllı, Xızı, Xaçmazda 3, Şəmkir, Tovuz, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Sabirabadda 2, Şabran, Şərur, Yardımlı, Lerik, Cəfərxan, Qəbələ, Şirvanda, Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

İyunun 14-də saat 18:34-18:42 aralığında Qubadlı rayonunun Qazyan kəndinə diametri 20 mm olan dolu düşüb.

İyunun 14-də bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Zaqatalada 23, Cəfərxanda 20, Sabirabad və Beyləqanda 16 m/s-dək güclənib.

Göyçay, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 m-dək məhdudlaşıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-də 30, Aran rayonlarında 32, dağlıq rayonlarda 23 dərəcəyədək isti müşahidə olunub.

Son xəbərlər