Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:25 Zelenski Türkiyəyə səfər edib | 17:13 Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq | 17:04 Türkiyədə zəlzələ oldu | 17:03 “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir - Xəbərdarlıq | 16:58 Bağlanan banklara borcu olanlara xəbərdarlıq | 16:48 Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya | 16:47 Bəzi hərbçilər cərimələnəcəklər | 16:25 Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü | 14:55 Moskva səmasında PUA təhlükəsi: Bakıya uçan təyyarə havaya qalxa bilmədi - Foto | 14:53 Moskva ilə Bakı arasında kruiz layneri fəaliyyət göstərəcək | 14:50 Reyslərin sayı artırıldı: Sabahdan Bakıdan Tbilisiyə 30 faiz daha ucuz səyahət imkanı | 14:33 Məmur Şəkidə "ciyər axşamı"nda bələdiyyə sədrinin başına butulka çırpdı - Təfərrüat (FOTO) | 14:18 Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib | 14:17 Şahdağa qar yağıb - Faktiki Hava | 14:05 Gəncədə bədbəxt hadisə: 68 yaşlı kişi öldü | 14:05 Alma bağlarında xəstəlik yayılıb: Ənənəvi Quba alması artıq tarixə qovuşacaq? | 14:01 100-dən çox şəxs borca görə saxlanıldı | 13:47 Azərbaycan nefti bahalaşdı | 13:38 Həyat yoldaşına 16 bıçaq zərbəsi endirən şəxs: "Ailəmin dağılmasını istəmirdim" | 13:31 Kəmaləddin Heydərovdan yeni təyinat - Şabranda rəis dəyişdi |
Mojo.az Avto
Mojo.az Avto

Ağdamda çobanlar arasında mübahisə: Ölən və xəsarət alan var (Yenilənib)

15.06.2026 21:55 696
Ağdamda çobanlar arasında mübahisə: Ölən və xəsarət alan var (Yenilənib)
İyunun 14-ü, saat 23 radələrində iki nəfər (kişi) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, yaralılara döş qəfəsinin və sağ bazunun açıq yarası, pnevmotoraks, aşağı ətrafların dəqiqləşdirilməmiş sınığı diaqnozu təyin olunub.

"Vəziyyəti ağır qiymətləndirilən 1975-ci il təvəllüdlü pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

Göstərilən reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, iyunun 15-i, saat 01:20-də 1979-cu il təvəllüdlü şəxsin bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdam rayon şöbəsinə təhvil verilib", - deyə məlumatda qeyd olunub.

* * * * *

Ağdam rayonunda güllələnmə hadisəsi baş verib.


Oxu Az-ın məlumatına görə, hadisə iyunun 14-də axşam saatlarında rayonun Çullu kəndi ərazisindəki otlaq sahədə qeydə alınıb.

Kənd ərazisində çoban işləyən 1979-cu il təvəllüdlü Elşad Gözəlov digər sahibkarın fermasında çoban işləyən 1975-ci il təvəllüdlü Rövşən Şirinovla spirtli içki qəbul edib. Sərxoş vəziyyətdə olan çobanlar arasında mübahisə yaranıb.

Mübahisə nəticəsində E.Gözəlov ov tüfəngindən R.Şirinova atəş açıb. Nəticədə R.Şirinov qolundan güllə yarası alıb. Bundan sonra hadisəni törədən E.Gözəlov tüfənglə özünü güllələyib öldürüb.

R.Şirinov xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Faktla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər