Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Orqanların transplantasiyasında “qohum” problemi

05.06.2018 14:40 2 779
Orqanların transplantasiyasında “qohum” problemi
“İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”qanun tamam dəyişdirilir.

Bunu Milli Məclisin (MM Səhiyyə komitəsinin iyunun 5-də keçirilən iclasında adıçəkilən komitənin sədr müavini Musa Quliyev dilə gətirib.

O, qeyd edib ki, mövcud qanunun cəmi olduğu kimi, saxlanılır:

“Qanuna 8 yeni maddə əlavə olunub. Ümumiyyətlə, qanunda 50-yə yaxın ciddi dəyişikliklər və əlavələr nəzərdə tutulur”.

M.Quliyev ilk dəyişikliyin isə qanunun adında aparıldığını bildirib:

“Biz ilk dəyişikliyi ilk növdədə qanunun adında apardıq, onu “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” adlandırdıq. Çünki dəyişikliklərin ruhu ilk öncə qanunun adından başlayır və başlamalıdır”.

Komitə sədrinin müavini bildirib ki, qohumlarının icazəsi olmadan qəza və xəsarət nəticəsində dünyasını dəyişən insanların orqanlarının götürülməsi məsələsi ətrafında hələ ki razılığa gəlinməyib:

“Əslində dünya qanunvericiliyində bu məqam var. Yəni, qohumların icazəsi olmadan qəza və xəsarət nəticəsində dünyasını dəyişmiş insanın sağlam qalmış orqanları məhkəmə-tibbi ekspertizanın iştirakı ilə götürülə bilir. Onlara belə bir hüquq verir. Amma bizdə hələlik bu məsələ ilə bağlı razılıq əldə olunmayıb.

Amma hesab edirəm ki, bizdə də bu məsələ olmalıdır. Bəzən qəza nəticəsində dünyasını dəyişmiş insanın orqanı yararsız hala düşə bilər, yəni, qohumları gecikdiyi və ya olmadığı üçün həmin insanın orqanlarından istifadə mümkün olmaya bilmir. Ona görə də bu məsələdə məhkəmə-tibbi ekspertizaya hüquqlar verilməlidir ki, qohumları, daha çox da, uzaq qohumları gözləmək lazım gəlməsin”.скачать dle 11.3
Mojo.az Banner