Mojo.az Banner
15:33 Antoniu Koşta Bakıdan paylaşım etdi - FOTO  |     15:32 Azarkeşlər "Neftçi"ni 23 min manat ziyana saldılar  |     13:57 Qəzada xəsarət alan piyada yol polisinin müşayiəti ilə xəstəxanaya çatdırıldı - Video  |     13:39 Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - QƏRAR  |     13:32 Tovuzda məmur oğlu qadının üzərinə benzin töküb yandırdı  |     13:25 Azərbaycan nefti 12 dollardan çox ucuzlaşdı - SON QİYMƏT  |     13:21 "Planet Labs" peyk şəkillərini 14 günlük gecikmə ilə təqdim edəcək  |     13:16 Paytaxtda qeyri-adi xidmət: Taksi sürücüsü dərd dinləməyə görə pul alır - Video  |     13:01 Naxçıvanda qumar oyunları təşkil edən gənc qız saxlanıldı - Video  |     12:53 Sabah 13 dərəcə isti olacaq  |     12:52 Göyçayda meyit tapılıb  |     12:40 Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı  |     12:23 Şagirdin "iPhone"unu oğurlayıb 25 manata satdı  |     12:13 Gürcüstan Azərbaycan və Ermənistan istiqamətindəki yeni yolların inşası üzrə tenderləri ləğv etdi  |     11:57 Alyona Əliyeva Yaşama Dəstək Mərkəzindən görüntülər paylaşıb - FOTO  |     11:49 Yuxuda yıxılmaq hissi nədən yaranır?  |     11:46 Gəncədə "qara bazar"da dəyəri 1,6 milyon manat olan heroin aşkarlandı - Video  |     11:41 İran Səudiyyə Ərəbistanında neft yatağını hədəfə aldı - Doqquz PUA səmada vuruldu  |     11:39 İrandan daha bir Azərbaycan vətəndaşı təxliyə edilib  |     11:16 Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 27 nəfər işsiz qaldı  |    
Left Banner
Right Banner

Bakıda üzərində Ermənistan bayrağı olan eynək satılır – VİDEO

05.06.2018 14:03 2 086
Bakıda üzərində Ermənistan bayrağı olan eynək satılır – VİDEO
Azərbaycanda üzərində Ermənistan bayrağı olan günəş eynəyi satılır.

Median.Az
“xezerxeber.az”a istinadən xəbər verir ki, fakt Xırdalandakı mağazaların birində qeydə alınıb.

Həmin mağazaya eynək almağa girən bir müştəri üzərində düşmən ölkənin bayrağının təsviri olan gözlüyü görüb və şəklini çəkərək sosial şəbəkələrdə paylaşıb.

Xəbərin izi ilə gedib sözügedən mağazanı tapdıq. Həmin eynək Xırdalanda “Təzə bazar” adlanan ərazidə yerləşən “Real optika” adlı mağazada satılır.

Satıcılar eynəyin dünənə qədər mağazada satışda olduğunu etiraf etdilər. Onların sözlərinə görə, məsələ barədə müdiriyyətə məlumat verildikdən sonra eynək satışdan yığışdırılıb.

Məsələ ilə bağlı özünü mağazanın sahibi kimi təqdim edən Ənvər adlı şəxslə telefon əlaqəsi saxladıq. Həmin şəxs bildirdi ki, sözügedən eynəyin üzərində Ermənistan bayrağının təsviri olmasından xəbərsiz olub.

Vətəndaşların buna münasibəti isə birmənalıdır.

Yəqin ki, bundan sonra aidiyyati qurumlar üzərində Ermənistan bayrağının təsviri olan eynəyin Azərbaycana necə gəlib çıxdığını araşdıracaqlar.скачать dle 11.3
Mojo.az Banner