Mojo.az Banner
18:02 Bakıda yeni metro stansiyasının adı açıqlandı  |     17:50 Casusluq formasında dövlətə xəyanət edən dörd nəfər barəsində YENİ QƏRAR  |     17:34 Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti  |     17:29 XƏBƏRDARLIQ - Bu tarixdən leysan yağacaq, şimşək çaxacaq...  |     17:23 Məşhur aktyora 12 ilədək həbs tələb edildi  |     17:14 Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır  |     17:05 ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatdı  |     16:58 Narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olunub  |     16:36 Nepalda daşqın: Ölənlərin sayı artdı  |     16:04 Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq  |     15:58 Bakıda məşhur bazar köçürülür - VİDEO  |     15:57 Külli miqdarda qızılı Türkiyəyə aparmaq istəyən şəxslərə hökm oxundu  |     15:38 İlahiyyatçıdan “Çevik”in döyülməsi ilə bağlı AÇIQLAMA  |     15:33 Sentyabrda bu tarixlərə DİQQƏT — Astroloqdan XƏBƏRDARLIQ  |     13:47 Partlayış baş verən Goranboyda vəziyyət necədir? - RƏSMİ  |     13:25 Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO  |     13:12 Jurnalistin oğlu faciəvi şəkildə öldü  |     12:54 Ata Bakıda evini satmaq istədi, oğlu tərəfindən döyüldü  |     12:40 Xalq artisti reanimasiya yerləşdirildi  |     12:25 Ölkədən qaçan vəzifəli şəxs Azərbaycana ekstradisiya ediləcək  |    
Left Banner
Right Banner

Tovuzda məmur oğlu qadının üzərinə benzin töküb yandırdı

11.03.2026 13:32 483
Tovuzda məmur oğlu qadının üzərinə benzin töküb yandırdı
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda qadını yandırıb öldürməkdə təqsirləndirilən Röyal Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Tağıyev 9 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2024-cü il aprelin 18-də Tovuz rayonu ərazisində baş verib. Rayon sakini, 2002-ci il təvəllüdlü Röyal Tağıyev aralarında yaranmış mübahisə nəticəsində tanışı, Tovuz rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək, onu yandırıb. Qadın xəstəxanaya yerləşdirilsə də, aprelin 28-də orada ölüb.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Röyal Tağıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, R.Tağıyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz Rayon Şöbəsinin müdiri Rasim Tağıyevin oğludur.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner