Mojo.az Banner
13:27 Rayonlarda torpaq BAHALAŞIR - Video  |     13:24 Hörmüz boğazının blokadası Avropada dərman qıtlığına səbəb ola bilər  |     13:22 Sakinlər həyətində qoyun, çəpiş və toyuq saxlanılan bağçadan şikayətçidirlər - Video  |     13:18 Nərimanovun sabiq icra başçısı vəfat etdi - FOTO  |     13:13 Torpaq icarəsində dəyişiklik: Yeni qaydalar qüvvəyə minir - VİDEO  |     13:07 Bəzi yerlərdə şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA  |     23:01 Quru sərhədlər bu şəxslər üçün açılacaq? - AÇIQLAMA  |     22:49 TDT ölkələrinin liderləri WUF13-də fəal iştirak edəcəklər  |     22:42 Hantavirusa görə bu ölkə maska rejiminə keçir  |     22:37 İçki və tütün satışından gəlirlər 1 milyard manata yaxınlaşıb  |     22:30 Bağçalara elektron sənəd qəbulu növbəsi müvəqqəti dayandırılır  |     22:19 Azərbaycanın üç sərbəst güləşçisi U-17 Avropa çempionatında finala yüksəlib  |     22:13 Yer kürəsində maqnit qasırğası müşahidə edilir  |     22:06 Bu şəxslər də 1 il hərbi xidmət keçəcək  |     22:01 Onlayn kreditlər niyə populyarlaşıb? – Ekspertdən AÇIQLAMA  |     21:55 Masazırda sərnişin banan qabığını maşından yola atdı - VİDEO  |     21:48 Tanınmış professor kliniki ölüm keçirdi  |     21:41 Benzin mühərrikli maşına dizel töksəniz nə baş verər?  |     21:36 Azərbaycanda yeni əməkhaqqı modeli: maaşlar belə hesablanacaq  |     21:29 Neymar İtaliya vətəndaşlığı aldı  |    
Left Banner
Right Banner

Azarkeşlər "Neftçi"ni 23 min manat ziyana saldılar

11.03.2026 15:32 249
Azarkeşlər
AFFA İntizam Komitəsi paytaxtın "Neftçi" klubuna qarşı 23 000 manat məbləğində ağır cərimə tətbiq edib.

Bu qərar qurumun keçirdiyi sonuncu iclasda qəbul olunub.

Misli Premyer Liqasının XXIII turu çərçivəsində baş tutan "Neftçi" - "Turan Tovuz" qarşılaşması Bakı təmsilçisi üçün ciddi maliyyə itkisi ilə nəticələnib. Belə ki, azarkeşlərin tribunada təhqiredici pankart açması kluba 15000 manata başa gəlib. Bununla yanaşı, matç ərzində ev sahibi komandanın tərəfdarlarının hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi və bu xoşagəlməz halın cari mövsümdə artıq 5-ci dəfə qeydə alınması səbəbindən klub əlavə olaraq 8000 manat cəriməyə məruz qalıb.

Eyni zamanda həmin tur çərçivəsində "Şamaxı" - "İmişli" görüşündə qonaq komandanın 5 futbolçusunun sarı vərəqə ilə cəzalandırılması "İmişli"ni 700 manat ziyana salıb.

Analoji vəziyyətlə "Kəpəz" komandası da üzləşib. Gəncə təmsilçisinin "Zirə"yə qarşı keçirdiyi matçda 4 oyunçusunun sarı vərəqə alması kluba 700 manatlıq cərimə bahasına oturub.скачать dle 11.3
Mojo.az Banner