Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı

11.03.2026 12:40 564
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
"Naxçıvan Taxıl Məhsulları" MMC-nin rəhbəri barədə cinayət işi başlanılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, MMC-nin icraçı direktoru Şakir Nazim oğlu Tarverdiyev vəzifə cinayətlərində şübhəli bilinir.

Faktla bağlı Baş Prokurorluqda araşdırma aparılır.

Qeyd edək ki, bu şirkətin vaxtilə Vasif Talıbovun ailəsinə məxsus olduğu bildirilən "Gəmiqaya Holdinq"lə əlaqəsi iddia olunur.

Belə ki, "MEST-1" və "MEST-3" MMC-lərin qanuni təmsilçisi Şakir Tarverdiyev eyni zamanda "Gəmiqaya Turizm" MMC-nin də qanuni təmsilçisidir.

Xatırladaq ki, "Gəmiqaya Holdinq"in adı bir müddət əvvəl "Arkoz Holdinq" olaraq dəyişdirilib. Hazırda isə ölkədə "Gəmiqaya" və "Arkoz" adları ilə fəaliyyət göstərən çoxsaylı şirkətlər mövcuddur.скачать dle 11.3
Mojo.az Banner