Mojo.az Banner
12:07 İnsan saçları okeanı xilas edəcək - Qeyri-adi üsul  |     12:05 “Nizami–28 May” bağlanır: Tələbələrə avtobuslarda güzəşt edilə bilər  |     12:01 Tramp Hörmüz boğazı ilə bağlı SON VƏZİYYƏTİ açıqladı  |     11:54 Kolumbiyada futbol çempionatı dayandırıldı  |     11:43 Filippində daşqınlarda ölənlərin sayı artdı  |     11:43 Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ  |     11:25 Neftin qiyməti artdı  |     11:18 DSX-dən əməliyyat: "Horadiz" dəstəsi narkotacirlərə aman vermədi  |     23:02 Saçlarınız tökülürsə, bunları sınayın: 3 təbii üsul  |     22:54 Növbəti miqrant axını bu ölkəyə oldu  |     22:45 Rusiyanın neft-kimya kompleksi Ukrayna dronlarının hədəfində  |     22:37 Yerə yeni maqnit qasırğası yaxınlaşır - təhlükəli tarixlər  |     22:31 Keçmiş deputat Anna Mkrtçyanın atası TUTULDU  |     22:29 Azərbaycan, ABŞ və Ermənistan Sülh Sammitinin ildönümü ilə bağlı Birgə Bəyanat yayıblar  |     22:27 Azərbaycan XİN Kolumbiyaya başsağlığı verib  |     22:21 Bu ərazilərdə qaz olmayacaq  |     22:15 Türkiyə “atəşi kəsin” dedi, Rusiya atəş püşkürdü  |     22:07 Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın üç küçəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq  |     21:23 ABŞ Futbol Federasiyası FIFA-nın idarəetmə strukturunda dəyişikliklərə çağırdı  |     21:13 Bəzi məhsullar bahalaşacaq – SİYAHI  |    
Left Banner
Right Banner

Yuxuda yıxılmaq hissi nədən yaranır?

11.03.2026 11:49 507
Yuxuda yıxılmaq hissi nədən yaranır?
İnsan yuxuya getdiyi anlarda bəzən ətraflarının titrədiyini və ya qəflətən boşluğa yıxıldığını hiss edərək diksinib oyanır. Bəs elmi dildə "hipnik səksənmə" adlanan bu vəziyyət hansı səbəbdən baş verir?

Bu barədə ümumi praktika həkimi Əmir Xan "Mirror" nəşrinə müsahibəsində danışıb.

Həkimin sözlərinə görə, insan yuxuya getdikdə əzələləri sürətlə boşalır. Bəzən beyin bu qəfil boşalmanı bədənin həqiqətən də yıxılması kimi qeydə alır:

"Bu, beynin vəziyyəti yanlış şərh etməsidir. Beyin bədəni "xilas etmək" üçün ona təcili elektrik siqnalı göndərir ki, sizi tutsun. Nəticədə əzələlər qısalır və siz diksinərək oyanırsınız. Bəzi elm adamları bunun ibtidai dövrlərdən qalan, sağ qalmaq üçün qədim bir refleks olduğunu hesab edirlər".

Əmir Xan bildirib ki, bu hisslər tamamilə zərərsizdir və hər hansı xəstəlik əlaməti deyil. Lakin "yıxılma hissi"nin daha tez-tez baş verməsinə səbəb olan üç əsas amil var:

- Hədsiz fiziki və ya zehni yorğunluq;

- Yüksək stres və həyəcan;

- Axşam saatlarında kofeinli içkilərin (qəhvə, çay və s.) qəbulu.скачать dle 11.3
Mojo.az Banner