İspaniyanın "Barselona" klubu Lamin Yamalla müqavilə müddətini 2030-cu ilədək uzadacaq.
Median.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar yekunlaşıb.
Lamin Yamal "Barselona"da qalmaq istədiyindən klub rəhbərliyinin bütün şərtlərinə razılıq verib.
Qeyd edək ki, Lamin Yamal "Barselona" forması ilə 51 oyunda meydana çıxıb 15 qol və 24 məhsuldar ötürmə edib. Gənc ulduzun transfer dəyəri isə 180 milyon avro qeyd olunub.