"TikTok"-er Mahirə Marandskaya 3 ilə qədər azadlıqdan məhrum edilə bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bill Qeyts Tramp və Maskı tənqid etdi  |     22:57 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     22:36 Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb  |     22:23 Başlıbel faciəsinin şahidləri məhkəmədə ifadə veriblər - FOTO  |     22:07 Paracüdoçu Şəhanə Hacıyeva Paralimpiya Oyunlarından uzaqlaşdırıldı  |     21:57 Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb  |     21:49 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:42 Səs yazısı yayılan direktor işdən çıxarıldı - AUDİO  |     21:30 Bu şəhərlərdə isti insanı öldürə bilər (SİYAHI)  |     21:23 Ağdamda 32 yaşlı kişini ilan sancıb  |     21:15 Pensiya alanlara yeni xəbər: Daha yüksək məbləğ ala bilərsiniz  |     21:07 3 manata satılan kabablar hansı ətdən hazırlanır? (VİDEO  |     20:50 60 yaşdan sonra insanlar üçün ən vacib fiziki hərəkət açıqlandı  |     20:43 Azərbaycan XİN: PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq  |     20:27 Türkiyədə heyvan mənşəli yoluxucu xəstəlik yayılıb, karantin elan edilib  |     20:05 Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qoşula bilər  |     19:44 Sumqayıtda marketin yaxınlığında 67 yaşlı qadının meyiti aşkarlanıb  |     19:27 Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ  |     19:03 Gəncədə bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır  |     18:44 HAMAS İsrail əsilli amerikalı əsiri bu gün azad edəcək  |    

"TikTok"-er Mahirə Marandskaya 3 ilə qədər azadlıqdan məhrum edilə bilər

Məşhur "TikTok"-er Mahirə Marandskayanın cinayət iş üzrə istintaq yekunlaşıb və baxılması üçün məhkəməyə göndərilib.  


Xanım tiktokerin cinayət işi Abşeron rayon Məhkəməsində hakim Vaqif Həsənovun icratına verilib. 


Xatırladaq ki, Mahirə Marandskaya Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. 

2001-ci il təvəllüdlü Mahirə Marandskaya barəsinə Cinayət Məcəlləsinin 243.1 (Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs növü olmayan qətimkan tədbiri seçilib. 

Onun bu əməlindən 10-a yaxın xanım zərər çəkib. Zərərçəkmişlər arasında universitet tələbələrinin də olduğu deyilir. 

Əgər onun cinayət əməli sübuta yetirilərsə xanım tiktokeri bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.


Onu da qeyd edək ki, son 1 il ərizində Mahirə Marandskaya eyni cinayət əməlini təkrar edib. O, bundan öncə də Nəsimi rayon məhkəməsinin qərarı ilə himayəsində azyaşlı uşaq olduğu üçün eyni ittihamla cinayət məsuliyyətinə cəlb olunaraq təqsirli bilinib, məhkəmə qərarı ilə cərimə edilmişdi.




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            339 06.05.25 23:26