Naxçıvanda tələbə bacılar dəm qazından zəhərlənib
Naxçıvanda iki tələbə dəm qazından zəhərlənib.
Hadisə bu gün Naxçıvan şəhərində qeydə alınıb.
Naxçıvan Dövlət Universitetinin tələbələri, Tovuz rayon sakinləri 2000-ci il təvəllüdlü Xədicə Abdulova və onun 2001-ci il təvəllüdlü bacısı Nailə Abdulova evdə dəm qazının sızmasından zəhərləniblər.
Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyətləri sabitdir.
Faktla bağlı araşdırma aparılır.
//APA
скачать dle 11.3
Снимайте интересные события и отправляйте нам!