Qadın qohumuna mesaj yazan sahibkarı qətlə yetirdi, 10 il altı ay cəza aldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bill Qeyts Tramp və Maskı tənqid etdi  |     22:57 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     22:36 Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb  |     22:23 Başlıbel faciəsinin şahidləri məhkəmədə ifadə veriblər - FOTO  |     22:07 Paracüdoçu Şəhanə Hacıyeva Paralimpiya Oyunlarından uzaqlaşdırıldı  |     21:57 Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb  |     21:49 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:42 Səs yazısı yayılan direktor işdən çıxarıldı - AUDİO  |     21:30 Bu şəhərlərdə isti insanı öldürə bilər (SİYAHI)  |     21:23 Ağdamda 32 yaşlı kişini ilan sancıb  |     21:15 Pensiya alanlara yeni xəbər: Daha yüksək məbləğ ala bilərsiniz  |     21:07 3 manata satılan kabablar hansı ətdən hazırlanır? (VİDEO  |     20:50 60 yaşdan sonra insanlar üçün ən vacib fiziki hərəkət açıqlandı  |     20:43 Azərbaycan XİN: PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq  |     20:27 Türkiyədə heyvan mənşəli yoluxucu xəstəlik yayılıb, karantin elan edilib  |     20:05 Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qoşula bilər  |     19:44 Sumqayıtda marketin yaxınlığında 67 yaşlı qadının meyiti aşkarlanıb  |     19:27 Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ  |     19:03 Gəncədə bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır  |     18:44 HAMAS İsrail əsilli amerikalı əsiri bu gün azad edəcək  |    

Qadın qohumuna mesaj yazan sahibkarı qətlə yetirdi, 10 il altı ay cəza aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda qətl törətməkdə təqsirləndirilən Ələkbər Səmədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Səmədli 10 il altı ay müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, qətlə yetirilən Rüfət Rüstəmov Bakının Qaradağ rayonu ərazisində özünə məxsus avtomobil təmir sexində olarkən Ə.Səmədli ona yaxınlaşaraq mübahisə edib. Ə.Səmədli bildirib ki, guya R.Rüstəmov onun yaxın qohumu olan qadına mesajlar yazır və onunla yaxınlıq münasibəti var.

Ə.Səmədli R.Rüstəmovla mübahisə etsə də, yaxınlıqdakı şəxslər onların dava etməsinə imkan verməyib.

Ə.Səmədli evinə gələrək özü ilə bıçaq götürüb yenidən həmin sexə gəlib, Rüfəti avtomobilinə mindirərək Ələt qəsəbəsinə aparıb və orada ona dörd bıçaq zərbəsi endirib. R.Rüstəmov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən Ə.Səmədli saxlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            144 05.05.25 15:25