Mojo.az Banner
23:06 Limonlu suyun sağlamlıq üçün 3 faydalı xüsusiyyəti  |     22:59 Samvel Karapetyanın ev dustaqlığı müddəti uzadıldı  |     22:53 Kartla ödəniş edənlərə pis xəbər: Keşbek dövrü bitir? - Video  |     22:44 Azərbaycanda büdcə vəsaitlərinin istifadəsi ilə bağlı dəyişiklik edildi  |     22:37 Gənclər buna görə valideyn olmaq istəmirlər - Psixoloq  |     22:29 İmişli sakini 2 milyon dollara "meteor" daşı satır - Video  |     22:23 Bu marşrutun avtobusları yenilənir - Ödəniş nağdsız olacaq  |     22:17 İran ABŞ-ni hədələdi: "Vaşinqton dəniz blokadasını ləğv etməsə, cavab verəcəyik"  |     22:11 Bu küçədə sərbəst hərəkət təmin edildi - Sürücülərin NƏZƏRİNƏ! - Video  |     22:04 Sumqayıtda yol-nəqliyyat hadisəsi olub, ölən var  |     21:59 Sabiq polkovnik-leytenantın oğlunu qətlə yetirən şəxsə HÖKM OXUNDU  |     21:53 Azərbaycanda pivə istehsalı artıb  |     21:35 50 manatlıq cərimə baha başa gəldi – 51 illik avtomobilini 6 ay sürə bilməyəcək  |     21:30 İşəgötürən işçini bu halda tibbi müayinəyə göndərəcək  |     21:23 Şəki təmsilçisi çempionatdan kənarlaşdırıldı  |     21:18 İsrailə Livanı bombalamaq qadağan edilib - Tramp  |     21:13 Bu ölkədə kütləvi əfv elan edildi  |     21:04 "Qarabağ" azarkeşlərə müraciət etdi  |     20:59 Qubadlının bu kəndlərində tikinti yekunlaşmır - Köç gecikir  |     20:53 Azərbaycanda qatarların maksimal sürəti açıqlandı  |    
Left Banner
Right Banner

"Tesla" şirkəti İlon Maska əvəzedici axtarır? (YENİLƏNİB)

01.05.2025 11:41 1 368
İlon Mask "Tesla" şirkətinin direktorlar şurasının yeni baş direktoru axtarışına başlaması barədə mediada yayılan məlumatları yalan adlandırıb.

Bu barədə o, özünün "X" hesabından bəyan edib.

"The Wall Street Journal"ın qəsdən yalan məqalə dərc etməsi və "Tesla"nın direktorlar şurası tərəfindən birmənalı təkzibi daxil etməməsi etik normaların son dərəcə kobud pozuntusudur", - deyə o bəyan edib.

* * * * *

"Tesla" avtomobil şirkətinin Direktorlar Şurası İlon Maskın baş direktor vəzifəsində əvəzedicisinin axtarışına başlayıb.


Bu barədə "The Wall Street Journal" qəzeti məlumatlı mənbələrə istinadən xəbər verir.

Bildirilir ki, investorlar şirkətin fəaliyyətindən narazıdırlar.

"Direktorlar Şurasının üzvləri "Tesla"nın növbəti baş direktorunun axtarışı üçün rəsmi proses hazırlamaq məqsədilə bir neçə rəhbər axtarışı şirkətinə müraciət ediblər", - deyə məqalədə qeyd olunub.

Bunun səbəbi "Tesla" səhmlərinin dəyərinin azalmasıdır. Bu, Maskın siyasi fəaliyyəti fonunda baş verir. Onun Ağ Evə bağlılığı investorları və istehlakçıları narahat edir.скачать dle 11.3
Mojo.az Banner