Mojo.az Banner
23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |     21:50 Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır  |     21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Gənclər buna görə valideyn olmaq istəmirlər - Psixoloq

17.04.2026 22:37 489
Gənclər buna görə valideyn olmaq istəmirlər - Psixoloq
Son illərdə dünyada uşaq sahibi olmaq istəyən insanların sayı getdikcə azalır. Bunun əsas səbəblərindən biri insanların dünyanı əvvəlkindən daha güvənsiz hesab etmələridir.

Median.Az
Ölkə.az-a istinadən xəbər verir ki, bunu klinik psixoloq Fuad Əsədov deyib.

O bildirib ki, gələcək on il haqqında düşünərkən bir çox insan daha pessimist yanaşmaya meyillidir:

“Ekoloji problemlər, müharibələr, iqtisadi və sosial krizislər kimi amillər insanların gələcəyə olan inamını zəiflədir və nəticədə bu cür qeyri-müəyyən bir dünyaya uşaq gətirmək istəyi azalır.
Bu isə özlüyündə ciddi sosial və demoqrafik problemlər yaradır. Ən başlıcası, cəmiyyətlərdə əhalinin yaşlanması prosesi sürətlənir və gənc nəslə olan ehtiyac lazımi səviyyədə qarşılanmır. Bu vəziyyət əmək bazarına, sosial təminat sistemlərinə və ümumi iqtisadi inkişafa mənfi təsir göstərir”.

Klinik psixoloq deyir ki, son dövrlərdə insanlar arasında dünyanın tarixinin ən pis dövrünün yaşandığına dair bir inanc formalaşmağa başlayıb:

“Lakin bu fikir tam olaraq reallığı əks etdirmir. Tarixə nəzər saldıqda, dünya müharibələri, böyük iqtisadi böhranlar, vəba epidemiyaları, səlib yürüşləri, cadugər ovları və geniş miqyaslı insan itkiləri ilə yadda qalan qaranlıq dövrlərin artıq geridə qaldığını görürük. 18-ci, 19-cu və 20-ci əsrlər heç də 21-ci əsrdən daha yaxşı deyildi, əksinə, bir çox hallarda daha ağır və təhlükəli olub. Bu səbəbdən, mövcud vəziyyəti qiymətləndirərkən ifrat və ya uc nöqtələrdə düşünməkdən çəkinmək vacibdir”.скачать dle 11.3
Mojo.az Banner