Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi  |     16:27 Bakıda idmançı məşq zamanı öldü  |     16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək  |     15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var  |     15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır  |     14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib  |     14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |     12:56 Tanınmış xanım professor vəfat etdi  |     12:56 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?  |     12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda büdcə vəsaitlərinin istifadəsi ilə bağlı dəyişiklik edildi

17.04.2026 22:44 603
Azərbaycanda büdcə vəsaitlərinin istifadəsi ilə bağlı dəyişiklik edildi
Vahid xəzinə hesabının sərbəst qalığının hansı istiqamətlərə yönəldiləcəyi məlum olub.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, vahid xəzinə hesabının sərbəst qalığı aşağıdakı istiqamətlərə yönəldiləcək:

dövlət büdcəsi kəsirinin və onun daxilində aşağıdakı xərclərin (fərqin) maliyyələşdirilməsinə:
Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş qaydada şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsində nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsi hesabına yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar xərcləri;
Dövlət Əməyin Mühafizəsi Fondunun ilin sonuna qalan istifadə olunmamış vəsaiti hesabına onların xərcləri (hər il üçün təsdiq olunan dövlət büdcəsi haqqında qanuna uyğun olaraq proqnozlaşdırılan gəlirlərin məbləği proqnozlaşdırılan xərclərin məbləğindən, habelə faktiki daxilolmalarının məbləği xərclərin məbləğindən az olduqda);
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışından əldə olunan və ilin sonuna qalan xərclənməmiş vəsait hesabına Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydaya uyğun olaraq xərcləri (hər il üçün təsdiq olunan dövlət büdcəsi haqqında qanuna uyğun olaraq proqnozlaşdırılan gəlirlərin məbləği proqnozlaşdırılan xərclərin məbləğindən, habelə faktiki daxilolmalarının məbləği xərclərin məbləğindən az olduqda).
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmış məbləğdə Dövlət borcu və zəmanəti üzrə Təminat Fondunun vəsaitlərinin artırılmasına.

Son xəbərlər