Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

2026-cı ilin büdcəsi ilə bağlı parlament komitələrinin birgə iclası keçirilir

07.11.2025 11:56 513
2026-cı ilin büdcəsi ilə bağlı parlament komitələrinin birgə iclası keçirilir
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclası keçirilir.

İclasda gündəlikdə olan bir məsələ - "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə ediləcək.

Məlumat üçün bildirək ki, 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri 41 milyard 703,6 milyon manat məbləğində proqnozlaşdırılıb.

Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 16 910 000 000 manat, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondlarına aid olan məbləğ 334 400 000 manat, yerli xərclər 759 135 000 manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin aşağı həddi 15 817 312 000 manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 847 000 manat məbləğində proqnozlaşdırılır.

Azərbaycan Respublikasının 2026-cı il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 000 000 min manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 6 000 000 min manat təsdiq edilib. İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 3 000 000 min manat məbləğində proqnozlaşdırılır.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 094 600 min manat məbləğində təsdiq edilib. Onun maliyyələşdirilməsi özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2026-cı il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabının sərbəst qalığı) hesabına həyata keçiriləcək.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2026-cı il icmal büdcəsi kəsirinin yuxarı həddinin məbləği 16 902 226,6 min manat məbləğində müəyyən ediləcək.

Son xəbərlər