Mojo.az Banner
16:17 Tanınmış həkimdən məktəblilərlə bağlı xəbərdarlıq: Bu əlamətlər varsa, uşağı məktəbə göndərməyin  |     16:01 İrandan Azərbaycana paraplanla 65 kq narkotik keçirmək istədilər  |     15:56 Vəkil olmaq istəyənlərin nəzərinə: Test mərhələsinə sənəd qəbulu başladı  |     15:40 Bilik Günü Azərbaycanda 34 dərəcə isti olacaq  |     15:33 Küləkli hava şəraitində işləyənlərin nəzərinə  |     15:27 İranın Baş prokuroru İlham Əliyevə təşəkkür edib  |     15:26 Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir  |     15:25 DTX rəisi Əli Nağıyev Çinə gedib  |     15:02 İlon Mask "Nvidia" superkompüterlərini kosmosa göndərməyi planlaşdırır  |     15:01 Bakıda qəza - 60 yaşlı qadın öldü  |     14:37 Yeni tədris ilinin başlanması ilə bağlı BDYPİ-dən əhaliyə müraciət  |     13:54 Misli Premyer Liqası: Beşinci turun son matçı - "Şəfa" "Sabah"a qarşı  |     13:53 Saatlarla oturanların diqqətinə: Tromb qoparaq ölümə səbəb ola bilər  |     13:51 Bərdədə bədbəxt hadisə: İki yaşlı uşaq hovuza düşüb öldü  |     13:42 Yeni tədris ilində Bakı şəhərində təhsil alacaq şagirdlərin sayı açıqlandı  |     13:40 İranın vitse-prezidenti Avstriyaya buraxılmadı - Rəsmi Tehrandan adekvat addım (Yenilənib)  |     13:34 Kirayə ev axtaran gücün DİQQƏTİNƏ: Bu ərazilər sərfəlidir  |     13:30 Xaricdə təhsil şirkətləri ilə bağlı VACİB XƏBƏRDARLIQ  |     13:28 12 manatlıq ət təhlükəlidir? – Mütəxəssisdən AÇIQLAMA  |     22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |    
Mojo.az Avto
Mojo.az Avto

Əmək pensiyalarının artırılması ilə bağlı TƏKLİF

03.11.2023 16:01 1 644
Əmək pensiyalarının artırılması ilə bağlı TƏKLİF
Əmək pensiyasının minimum məbləği artırılarkən həmin artıma qədər təyin edilmiş bütün pensiya məbləğlərinin müvafiq artıma mütənasib və ya müəyyən məbləğdə artırılması təklif edilir.

“Trend”in məlumatına görə, bu təkliflə Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” müzakirəsi zaman İnsan hüquqları üzrə müvəkkil deyib.

O qeyd edib ki, 3 yaşınadək uşağa qulluğa görə müavinətin əmək fəaliyyəti ilə məşğul olmayan şəxslərə də şamil edilməsi olduqca vacibdir.

Müvəkkil həmçinin sağlamlığın qorunması hüququnun sözün əsil mənasında effektiv təmin edilməsi məqsədilə bütün tibbi xidmətlərinin və xəstəliklərin icbari tibbi sığorta hesabına həyata keçirilməsini təklif edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 milyard 399 milyon 895 min manat, yerli gəlirləri 773 milyon 105 min manat, mərkəzləşdirilmiş xərcləri 35 milyard 980 milyon 547 min manat, yerli xərcləri 782 milyon 453 min manat) məbləğində tərtib edilib.скачать dle 11.3
Mojo.az Banner