Netanyahunun Bakı səfərində hansı məsələlər müzakirə edilə bilər? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu ölkədə şahmat qadağan edildi  |     22:50 Temperatur 4-6 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ  |     22:45 1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır  |     22:38 Yaponlar indi də çamurdan ət hazırlayacaq  |     22:29 Dünyada bu ilin ən populyar avtomobili AÇIQLANDI  |     22:24 Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ  |     22:18 Nadir brilyant hərraca çıxarılacaq  |     22:13 Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?  |     22:05 Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır  |     22:00 Liftlərdə güzgü niyə olur? - Cavab düşündüyünüz qədər sadə deyil!  |     21:54 Qeyri-adi təbiət hadisəsi: Bostona yağan qırmızı qarın arxasındakı qaranlıq həqiqət  |     21:45 PFL prezidentinin əməliyyatı təxirə salınıb, bərpa prosesi davam etdiriləcək  |     21:40 MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət etdi  |     21:32 Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO  |     21:26 Dahilər daha çox hansı ailələrdə böyüyür? - Alimlərdən təəccübləndirən araşdırma  |     21:19 9,3 milyon mənimsəmədə ittiham olunan polkovnik-leytenant əmlaklarını geri istəyir  |     21:14 Ən bahalı 10 azərbaycanlı futbolçu (SİYAHI)  |     21:05 Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO  |     20:59 Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb  |     20:51 Türkiyə Superliqası klubu baş məşqçisi ilə yolları ayırıb  |    

Netanyahunun Bakı səfərində hansı məsələlər müzakirə edilə bilər?

"Netanyahunun Bakı səfəri çərçivəsində İsrail-Türkiyə, hətta İsrail-İran münasibətləri də müzakirə ediləcək".

Qaynarinfo-ya açıqlamasında bunu Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə İsrail Baş naziri Benyamin Netanyahunun Azərbaycana gözlənilən 5 günlük səfərini şərh edərkən deyib:

"Netanyahunun mayın 7-də Bakıya gözlənilən səfərində bir çox məsələlərin müzakirə ediləcəyi gözlənilir. Əsas olaraq da enerji və digər iqtisadi məsələlər müzakirə edilə bilər. Hətta yeni layihələr də gündəmə gələ bilər. Bakı ilə Təl-Əviv strateji tərfədaş ölkələrdir. Ölkələrimiz arasında sıx əməkdaşlıq hökm sürür. Hərbi əməkdaşlıq sahəsində də böyük təcrübə var. Cənubi Qafqazda və ümumiyyətlə Orta Dəhlizdə Azərbaycanın geosiyasi rolu artıb. Bu baxımdan da son zamanlar ölkəmizə xaricdən səfərlər çoxalıb”.

Həmsöhbətimizin fikrincə, Bakıda müzakirə ediləcək məsələlər arasında Ankata-Təl-Əviv, Tehran-Təl-Əvivin münasibətləri də yer ala bilər:

"Netanyahunun səfəri çərçivəsində Yaxın Şərqdəki proseslər, İsrail-Türkiyə, həmçinin İsrail-İran münasibətlərinin müzakirə ediləcəyi də istisna deyil. Azərbaycanın bu prosesdə böyük təcrübəsi var”.

Ekspert qeyd edir ki, İran Prezidentinin bu günlərdə Bakıya səfəri də Azərbaycan-İsrail münasibətlərinə heç bir halda kölgə salmır:

"O baxımdan Netanyahunun Bakı səfərinin əvvəlcədən planlaşdırılıb-planlaşdırılmamasının İran Prezidentinin Azərbaycana səfərilə heç bir əlaqəsi yoxdur”.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu mayın 7-də Azərbaycana 5 günlük rəsmi səfərə gələcək. Bu barədə "The Times of Israel" qəzeti baş nazirin ofisinə istinadən yazıb. Netanyahu 11 may tarixində İsrailə dönəcək. Mayın 8-də Netanyahu Azərbaycan Prezidenti İlham Əliyev və ölkədəki yəhudi icmasının nümayəndələri ilə görüşəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            171 30.04.25 20:13