Keçmiş prezident Yanukoviç Ukraynada 15 il müddətinə azadlıqdan məhrum edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bill Qeyts Tramp və Maskı tənqid etdi  |     22:57 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     22:36 Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb  |     22:23 Başlıbel faciəsinin şahidləri məhkəmədə ifadə veriblər - FOTO  |     22:07 Paracüdoçu Şəhanə Hacıyeva Paralimpiya Oyunlarından uzaqlaşdırıldı  |     21:57 Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb  |     21:49 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:42 Səs yazısı yayılan direktor işdən çıxarıldı - AUDİO  |     21:30 Bu şəhərlərdə isti insanı öldürə bilər (SİYAHI)  |     21:23 Ağdamda 32 yaşlı kişini ilan sancıb  |     21:15 Pensiya alanlara yeni xəbər: Daha yüksək məbləğ ala bilərsiniz  |     21:07 3 manata satılan kabablar hansı ətdən hazırlanır? (VİDEO  |     20:50 60 yaşdan sonra insanlar üçün ən vacib fiziki hərəkət açıqlandı  |     20:43 Azərbaycan XİN: PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq  |     20:27 Türkiyədə heyvan mənşəli yoluxucu xəstəlik yayılıb, karantin elan edilib  |     20:05 Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qoşula bilər  |     19:44 Sumqayıtda marketin yaxınlığında 67 yaşlı qadının meyiti aşkarlanıb  |     19:27 Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ  |     19:03 Gəncədə bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır  |     18:44 HAMAS İsrail əsilli amerikalı əsiri bu gün azad edəcək  |    

Keçmiş prezident Yanukoviç Ukraynada 15 il müddətinə azadlıqdan məhrum edildi

Kiyevin Podolski Rayon Məhkəməsi keçmiş prezident Viktor Yanukoviç barəsində "dezertirliyə sövq etmək və dövlət sərhədindən qeyri-qanuni daşımaları təşkil etmək" ittihamları ilə 15 il müddətinə azadlıqdan məhrumetmə hökmü verib.

Bu barədə "Strana.ua" "Telegram" kanalı prokurorluğa istinadən məlumat yayıb.

İstintaqın məlumatına görə, Yanukoviç 2014-cü il fevralın 23-də qanunsuz olaraq Ukraynanı tərk edib, həmçinin öz ətrafından və hərbçilər arasından ən azı daha 20 nəfərin sərhədi keçərək ölkədən çıxmasını təşkil edib. Bildirildiyinə görə, onlar Rusiya Silahlı Qüvvələrinə məxsus üç helikopterlə Donetsk vilayətinin Urzuf şəhərindən Krasnodar diyarının Yeysk şəhərinə uçublar.

Bu, Ukraynada Yanukoviç barəsində çıxarılan ikinci hökmdür. 2019-cu ildə o, qiyabi olaraq vətənə xəyanətdə və "təcavüzkar müharibəyə yardım və təşviqat"da təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Keçən ilin dekabrında Avropa İttifaqı məhkəməsi Viktor Yanukoviçin və oğlu Aleksandrın Ukraynada anti-korrupsiya təqibi ilə bağlı sanksiya siyahısından çıxarılmasına qərar verib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            348 28.04.25 14:56