Zelenski Papa Fransisklə vida mərasimində iştirak üçün Romaya səfər edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bill Qeyts Tramp və Maskı tənqid etdi  |     22:57 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     22:36 Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb  |     22:23 Başlıbel faciəsinin şahidləri məhkəmədə ifadə veriblər - FOTO  |     22:07 Paracüdoçu Şəhanə Hacıyeva Paralimpiya Oyunlarından uzaqlaşdırıldı  |     21:57 Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb  |     21:49 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:42 Səs yazısı yayılan direktor işdən çıxarıldı - AUDİO  |     21:30 Bu şəhərlərdə isti insanı öldürə bilər (SİYAHI)  |     21:23 Ağdamda 32 yaşlı kişini ilan sancıb  |     21:15 Pensiya alanlara yeni xəbər: Daha yüksək məbləğ ala bilərsiniz  |     21:07 3 manata satılan kabablar hansı ətdən hazırlanır? (VİDEO  |     20:50 60 yaşdan sonra insanlar üçün ən vacib fiziki hərəkət açıqlandı  |     20:43 Azərbaycan XİN: PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq  |     20:27 Türkiyədə heyvan mənşəli yoluxucu xəstəlik yayılıb, karantin elan edilib  |     20:05 Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qoşula bilər  |     19:44 Sumqayıtda marketin yaxınlığında 67 yaşlı qadının meyiti aşkarlanıb  |     19:27 Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ  |     19:03 Gəncədə bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır  |     18:44 HAMAS İsrail əsilli amerikalı əsiri bu gün azad edəcək  |    

Zelenski Papa Fransisklə vida mərasimində iştirak üçün Romaya səfər edib

Ukrayna Prezidenti Volodimir Zelenski Papa Fransisklə vida mərasimində iştirak etmək üçün Romaya səfər edib.

Median.Az
-ın RBC-Ukrayna-ya istinadən xəbərinə görə, bu barədə jurnalistlərə prezidentin mətbuat katibi Sergey Nikiforov məlumat verib.

"Ukrayna prezidenti Romaya gəlib. Volodimir Zelenski, birinci xanım Yelena Zelenskaya və Ukrayna nümayəndə heyəti Papa Fransisklə vida mərasimində iştirak edəcəklər", - deyə o qeyd edib.

Xatırladaq ki, bir gün əvvəl Zelenski vida mərasiminə getməyə çatmayacağı halda belə, Ukraynanın dəfn mərasimində təmsil olunacağını bildirmişdi.

"Əgər çatmasam, Ukrayna layiqli səviyyədə təmsil olunacaq. Xarici işlər naziri (Andrey Sibiqa - red.) və birinci xanım (Yelena Zelenskaya - red.) orada olacaqlar", - deyə o vurğulamışdı.

Eyni zamanda ABŞ Prezidenti Donald Tramp və xanımı Melani Tramp da Papa Fransisklə vida mərasimi üçün Romaya gəliblər. Səfərdən əvvəl Tramp Romada Ukrayna prezidenti ilə "bəlkə də" görüşə biləcəyi ehtimalını dilə gətirmişdi.

Qeyd edək ki, İtaliyanın "La Reppublica" qəzeti bu yaxınlarda dünya liderlərinin Roma Papasının dəfn mərasiminə toplaşdığı zaman Ukraynanın İtaliyada sammit keçirmək niyyətindən yazmışdı.

Həmçinin xarici KİV-lərin yazdığına görə, Papanın dəfn mərasimi dünyanın ən böyük qüvvələrini birləşdirir ki, bu da iştirakçılara pərdə arxasında mühüm siyasi müzakirələrdə iştirak etmək imkanı verir.

Uppsala Universitetinin Sülh və Konfliktlərin Araşdırılması kafedrasının professoru İsak Svensson bildirib ki, bu, bir növ sammit olacaq, lakin qeyri-rəsmi olacaq, bir çox tanınmış simalar iştirak edəcək.

Svenssonun sözlərinə görə, Tramp və Zelenski fevral ayında Oval kabinetdə baş verən davadan sonra şəxsən görüşmədikləri üçün bəzi siyasilər arasında qarşılıqlı əlaqə həlledici əhəmiyyət kəsb edəcək.

Bildirilir ki, bu məsələ həmçinin qonaqların oturacaq yerlərinin təşkili zamanı nəzərə alınıb. Belə ki, liderlər əlifba sırası ilə yerləşdiriləcəklər. Bu da Tramp və Zelenskinin çox "xoşagəlməz" məsafədə yaxınlaşmasına imkan verməyəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            189 26.04.25 13:44