Hindistan öz vətəndaşlarını tezliklə Pakistanı tərk etməyə çağırıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bill Qeyts Tramp və Maskı tənqid etdi  |     22:57 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     22:36 Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb  |     22:23 Başlıbel faciəsinin şahidləri məhkəmədə ifadə veriblər - FOTO  |     22:07 Paracüdoçu Şəhanə Hacıyeva Paralimpiya Oyunlarından uzaqlaşdırıldı  |     21:57 Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb  |     21:49 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:42 Səs yazısı yayılan direktor işdən çıxarıldı - AUDİO  |     21:30 Bu şəhərlərdə isti insanı öldürə bilər (SİYAHI)  |     21:23 Ağdamda 32 yaşlı kişini ilan sancıb  |     21:15 Pensiya alanlara yeni xəbər: Daha yüksək məbləğ ala bilərsiniz  |     21:07 3 manata satılan kabablar hansı ətdən hazırlanır? (VİDEO  |     20:50 60 yaşdan sonra insanlar üçün ən vacib fiziki hərəkət açıqlandı  |     20:43 Azərbaycan XİN: PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq  |     20:27 Türkiyədə heyvan mənşəli yoluxucu xəstəlik yayılıb, karantin elan edilib  |     20:05 Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qoşula bilər  |     19:44 Sumqayıtda marketin yaxınlığında 67 yaşlı qadının meyiti aşkarlanıb  |     19:27 Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ  |     19:03 Gəncədə bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır  |     18:44 HAMAS İsrail əsilli amerikalı əsiri bu gün azad edəcək  |    

Hindistan öz vətəndaşlarını tezliklə Pakistanı tərk etməyə çağırıb

Hindistan Pakistan vətəndaşları üçün viza xidmətlərini dayandırır.

Bu barədə Hindistan XİN məlumat yayıb.

Bildirilib ki, bütün mövcud vizalar ləğv edilib, tibbi vizalar isə yalnız aprelin 29-dək qüvvədə olacaq.

Hindistan eyni zamanda, öz vətəndaşlarını tezliklə Pakistanı tərk etməyə çağırıb.

Pakistan isə üçüncü ölkələr vasitəsilə daşınan mallar da daxil olmaqla, Hindistanla bütün ticarəti dərhal dayandırdığını elan edib. Bildirilib ki, Pakistan Hindistanın Hind Suları Müqaviləsini dayandırmaq barədə bəyanatını rədd edir: "Aşağı sahil suları üzərində hüquqlarını pozmağa yönəlmiş istənilən cəhd müharibə aktı hesab olunacaq”.
Pakistan sülhə sadiq qalacağını bildirib.

Bundan əlavə, Pakistan hava məkanını Hindistana məxsus bütün aviaşirkətlər üçün dərhal bağladığını elan edib.

Qeyd edək ki, Hindistanın idarə etdiyi Kəşmir regionunda silahlı şəxslər bir qrup turistə atəş açıb, ən azı 26 nəfər ölüb, 17 nəfər ölüb.

Hindistan hücuma görə Pakistanı günahlandırıb və cavab olaraq Hind Suları Müqaviləsini dayandırıb, İslamabaddakı səfirliyinin əməkdaşlarının sayını iki dəfə azaldıb və sərhədləri bağlayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            183 24.04.25 19:35