Kreml Ukraynanın Krımı itirməsi barədə Trampın bəyanatına reaksiya verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bill Qeyts Tramp və Maskı tənqid etdi  |     22:57 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     22:36 Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb  |     22:23 Başlıbel faciəsinin şahidləri məhkəmədə ifadə veriblər - FOTO  |     22:07 Paracüdoçu Şəhanə Hacıyeva Paralimpiya Oyunlarından uzaqlaşdırıldı  |     21:57 Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb  |     21:49 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:42 Səs yazısı yayılan direktor işdən çıxarıldı - AUDİO  |     21:30 Bu şəhərlərdə isti insanı öldürə bilər (SİYAHI)  |     21:23 Ağdamda 32 yaşlı kişini ilan sancıb  |     21:15 Pensiya alanlara yeni xəbər: Daha yüksək məbləğ ala bilərsiniz  |     21:07 3 manata satılan kabablar hansı ətdən hazırlanır? (VİDEO  |     20:50 60 yaşdan sonra insanlar üçün ən vacib fiziki hərəkət açıqlandı  |     20:43 Azərbaycan XİN: PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq  |     20:27 Türkiyədə heyvan mənşəli yoluxucu xəstəlik yayılıb, karantin elan edilib  |     20:05 Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qoşula bilər  |     19:44 Sumqayıtda marketin yaxınlığında 67 yaşlı qadının meyiti aşkarlanıb  |     19:27 Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ  |     19:03 Gəncədə bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır  |     18:44 HAMAS İsrail əsilli amerikalı əsiri bu gün azad edəcək  |    

Kreml Ukraynanın Krımı itirməsi barədə Trampın bəyanatına reaksiya verdi

ABŞ Prezidenti Donald Trampın Ukraynanın Krımı çoxdan itirdiyi barədə sözləri Rusiyanın mövqeyi ilə tam uyğundur.

Median.Az
-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə brifinq zamanı bildirib.

"Bu, bizim anlayışımızla və uzun müddətdir dediklərimizlə tam düz gəlir", - deyə o bildirib.

Xatırladaq ki, bir gün əvvəl Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Kiyevin Krımı Rusiya ərazisi kimi tanımaq niyyətinin olmaması barədə bəyanatını kəskin tənqid edib.

ABŞ lideri hesab edir ki, Zelenskinin sözləri sülh danışıqlarına ciddi şəkildə zərər verir.

Aprelin 22-də "The Washington Post" qəzeti mənbələrə istinadən xəbər verib ki, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Krımın Rusiyanın bir hissəsi kimi tanınması təşəbbüsü ilə çıxış edib.

Həmçinin qeyd edilib ki, ABŞ Avropa İttifaqı və Ukrayna nümayəndələrinə nizamlama çərçivəsində Krımı rəsmi olaraq Rusiyanın bir hissəsi kimi tanımağı təklif edə bilər. Bundan əlavə, Vaşinqtonun tərəfdaşlarından cəbhə xətti boyunca münaqişənin dayandırılmasına razılaşmağı tələb edəcəyi gözlənilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            243 24.04.25 17:54