Azərbaycanda Milli Etalon Vaxtı yaradılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bill Qeyts Tramp və Maskı tənqid etdi  |     22:57 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     22:36 Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb  |     22:23 Başlıbel faciəsinin şahidləri məhkəmədə ifadə veriblər - FOTO  |     22:07 Paracüdoçu Şəhanə Hacıyeva Paralimpiya Oyunlarından uzaqlaşdırıldı  |     21:57 Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb  |     21:49 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:42 Səs yazısı yayılan direktor işdən çıxarıldı - AUDİO  |     21:30 Bu şəhərlərdə isti insanı öldürə bilər (SİYAHI)  |     21:23 Ağdamda 32 yaşlı kişini ilan sancıb  |     21:15 Pensiya alanlara yeni xəbər: Daha yüksək məbləğ ala bilərsiniz  |     21:07 3 manata satılan kabablar hansı ətdən hazırlanır? (VİDEO  |     20:50 60 yaşdan sonra insanlar üçün ən vacib fiziki hərəkət açıqlandı  |     20:43 Azərbaycan XİN: PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq  |     20:27 Türkiyədə heyvan mənşəli yoluxucu xəstəlik yayılıb, karantin elan edilib  |     20:05 Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qoşula bilər  |     19:44 Sumqayıtda marketin yaxınlığında 67 yaşlı qadının meyiti aşkarlanıb  |     19:27 Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ  |     19:03 Gəncədə bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır  |     18:44 HAMAS İsrail əsilli amerikalı əsiri bu gün azad edəcək  |    

Azərbaycanda Milli Etalon Vaxtı yaradılır

Azərbaycanda Milli Etalon Vaxtının yaradılması istiqamətində işlərə start verilib.

Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, hazırda ölkədə vaxtın düzgün və koordinasiyalı şəkildə paylaşılması - yəni vaxt sinxronizasiyası - müxtəlif xarici mənbələr və üsullar vasitəsilə həyata keçirilir. Bu isə xarici sistemlərə asılılığın artmasına və daha dəqiq sinxronizasiyanın çətinləşməsinə səbəb olur. Nəticədə maliyyə, logistika, kommunikasiya və digər sahələrdə müxtəlif texniki maneələrin yaranması riski artır.

Azərbaycan Metrologiya İnstitutu bu sahədə mühüm addımlar atıb. Belə ki, Prezidentin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası"nın tədbirlər planına uyğun olaraq, institutun yeni yaradılmış Vaxt və tezlik ölçmələri laboratoriyasında sezium atom saatları və GNSS (Qlobal Naviqasiya Peyk Sistemi) qəbulediciləri quraşdırılıb.

Sözügedən avadanlıqlar Milli Etalon Vaxtının (UTC-AZ) formalaşdırılmasında əsas texniki baza rolunu oynayır. Beləliklə, GNSS peyklərindəki atom saatları ilə laboratoriyadakı atom saatları arasında zaman fərqi gündəlik olaraq ölçüləcək və məlumatlar Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroya (BIPM) göndəriləcək. Bu üsulla Azərbaycanın milli vaxtı ilə Koordinasiyalı Universal Vaxt (UTC) arasındakı fərq dəqiqliklə izlənəcək.

Laboratoriyada quraşdırılmış NTP (Şəbəkə Vaxtı Protokolu) sistemi vasitəsilə gələcəkdə internet üzərindən milli vaxt sinxronizasiyası mümkün olacaq və ölkədə vahid zamanın istifadəsi təmin ediləcək.

Milli Etalon Vaxtının yaradılması prosesinin 2025-ci ilin sonunadək tamamlanması planlaşdırılır. Layihənin reallaşması Azərbaycanda müxtəlif sahələrin daha səmərəli və etibarlı fəaliyyət göstərməsinə töhfə verəcək, ölkəni beynəlxalq səviyyədə də rəqabətqabiliyyətli vaxt infrastrukturuna sahib ölkələr sırasına daxil edəcək.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            168 18.04.25 12:51