Slovakiyanın Baş naziri: Mayın 9-da Moskvaya gedəcəyəm – heç kim mənə əmr verə bilməz » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bill Qeyts Tramp və Maskı tənqid etdi  |     22:57 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     22:36 Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb  |     22:23 Başlıbel faciəsinin şahidləri məhkəmədə ifadə veriblər - FOTO  |     22:07 Paracüdoçu Şəhanə Hacıyeva Paralimpiya Oyunlarından uzaqlaşdırıldı  |     21:57 Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb  |     21:49 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:42 Səs yazısı yayılan direktor işdən çıxarıldı - AUDİO  |     21:30 Bu şəhərlərdə isti insanı öldürə bilər (SİYAHI)  |     21:23 Ağdamda 32 yaşlı kişini ilan sancıb  |     21:15 Pensiya alanlara yeni xəbər: Daha yüksək məbləğ ala bilərsiniz  |     21:07 3 manata satılan kabablar hansı ətdən hazırlanır? (VİDEO  |     20:50 60 yaşdan sonra insanlar üçün ən vacib fiziki hərəkət açıqlandı  |     20:43 Azərbaycan XİN: PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq  |     20:27 Türkiyədə heyvan mənşəli yoluxucu xəstəlik yayılıb, karantin elan edilib  |     20:05 Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qoşula bilər  |     19:44 Sumqayıtda marketin yaxınlığında 67 yaşlı qadının meyiti aşkarlanıb  |     19:27 Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ  |     19:03 Gəncədə bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır  |     18:44 HAMAS İsrail əsilli amerikalı əsiri bu gün azad edəcək  |    

Slovakiyanın Baş naziri: Mayın 9-da Moskvaya gedəcəyəm – heç kim mənə əmr verə bilməz

Slovakiyanın Baş naziri Robert Fitso bəyan edib ki, Avropa İttifaqının diplomatik xidmət rəhbəri Kaya Kallasın xəbərdarlıqlarına baxmayaraq, 9 may – Qələbə Gününün 80 illiyi münasibətilə Moskvada keçiriləcək mərasimlərdə iştirak edəcək.

Apa xəbər verir ki, bu barədə Fitso öz "Faceebok" hesabında yazıb.

“Xanım Kallasın xəbərdarlığı və hədəsi hörmətsizlikdir və mən buna etiraz edirəm”, – deyə Fitso öz bəyanatında bildirib. “Mən 9 mayda Moskvaya gedəcəyəm. Bu xəbərdarlıq şantajdır, yoxsa qayıtdıqdan sonra cəzalandırılacağımın anonsudur? Bilmirəm. Amma bir şeyi bilirəm – hazırda 2025-ci ildir, 1939-cu il yox”.

Fitso bildirib ki, Kallasın bəyanatı Aİ-də demokratiyanın mahiyyəti ilə bağlı ciddi müzakirələrin zəruriliyini göstərir:

“Xanım Kallas, sizə bildirmək istərdim ki, mən Slovakiyanın – suveren bir dövlətin qanuni baş naziriyəm. Heç kim mənə haraya gedə biləcəyimi və ya bilməyəcəyimi əmr edə bilməz”.

Baş nazir əlavə edib ki, Moskvaya getməkdə məqsədi Slovakiyanı azad edərkən həlak olmuş minlərlə Qızıl Ordu əsgərinin xatirəsini ehtiramla yad etməkdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            204 15.04.25 21:38