İzmirdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlarına həsr olunmuş panel-konfrans keçirilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bill Qeyts Tramp və Maskı tənqid etdi  |     22:57 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     22:36 Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb  |     22:23 Başlıbel faciəsinin şahidləri məhkəmədə ifadə veriblər - FOTO  |     22:07 Paracüdoçu Şəhanə Hacıyeva Paralimpiya Oyunlarından uzaqlaşdırıldı  |     21:57 Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb  |     21:49 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:42 Səs yazısı yayılan direktor işdən çıxarıldı - AUDİO  |     21:30 Bu şəhərlərdə isti insanı öldürə bilər (SİYAHI)  |     21:23 Ağdamda 32 yaşlı kişini ilan sancıb  |     21:15 Pensiya alanlara yeni xəbər: Daha yüksək məbləğ ala bilərsiniz  |     21:07 3 manata satılan kabablar hansı ətdən hazırlanır? (VİDEO  |     20:50 60 yaşdan sonra insanlar üçün ən vacib fiziki hərəkət açıqlandı  |     20:43 Azərbaycan XİN: PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq  |     20:27 Türkiyədə heyvan mənşəli yoluxucu xəstəlik yayılıb, karantin elan edilib  |     20:05 Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qoşula bilər  |     19:44 Sumqayıtda marketin yaxınlığında 67 yaşlı qadının meyiti aşkarlanıb  |     19:27 Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ  |     19:03 Gəncədə bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır  |     18:44 HAMAS İsrail əsilli amerikalı əsiri bu gün azad edəcək  |    

İzmirdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlarına həsr olunmuş panel-konfrans keçirilib

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Bakı Dövlət Universiteti, Türkiyənin Dokuz Eylül Universiteti və İzmir Azərbaycan Dərnəyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin tərəfdaşlığı ilə 9 aprel 2025-ci il tarixində İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetində "20-ci əsrdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı və sürgünlər" mövzusunda panel-konfrans keçirilib.

Tədbirdən öncə panel-konfrans iştirakçılarını qarşılayan Dokuz Eylül Universitetinin rektoru professor Bayram Yılmaz onları universitetdə salamlamaqdan məmnun olduğunu ifadə edib, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələrinin təhsil və elm sahəsində də möhkəmlənməsinin əhəmiyyətini vurğulayıb. Rektor bu təşəbbüsə görə təşkilatçılara təşəkkürünü bildirib və tədbirin uğurla keçəcəyinə əminliyini ifadə edib.

Tədbir iki ölkənin dövlət himnlərinin səslənməsi və soyqırımı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra tədbirin moderatoru, Dokuz Eylül Universitetinin professoru Dilşen İnce Erdoğan iştirakçıları salamlayaraq panel-konfrans barədə məlumat verib.

Açılış nitqləri ilə çıxış edən "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin layihələr üzrə meneceri, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova və İzmir Azərbaycan Dərnəyinin (İZAZDER) İdarə Heyətinin sədri Pərviz Altay bu tədbirin keçirilməsinin vacibliyindən, xüsusilə XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımların tarixə əsaslanan faktlarla dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən danışıblar.

Daha sonra panel müzakirələrinə start verilib. Paneldə Dokuz Eylül Universitetinin tarix fakültəsinin professoru Dilşen İnce Erdoğan, Bakı Dövlət Universitetinin tarix fakültəsinin dosenti Aydın Məmmədov, Aydın Adnan Menderes Universitetinin professoru Ahmet Toksoy və Dokuz Eylül Universitetinin İctimai-Hüquq fakültəsinin dosenti Uğur Samancı çıxış edərək 20-ci əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımları və deportasiyalar barədə elmi araşdırmalara əsaslanan təqdimatlarla çıxış ediblər. Məruzəçilər tarixi sənədlər və arxiv materialları əsasında soyqırımı hadisələrinin miqyasını, səbəblərini və nəticələrini təhlil ediblər.

Panel-konfrans iştirakçılar - yerli ictimaiyyət və universitet tələbələri tərəfindən böyük maraqla qarşılanıb və tədbirin sonunda mövzu ilə bağlı sual-cavab sessiyası təşkil olunub.

Qeyd edək ki, keçirilmiş panel-konfrans, 2024-cü ildə Türkiyənin Ege Universitetində təşkil olunmuş analoji mövzulu tədbirin davamı kimi gerçəkləşdirilib. Azərbaycan həqiqətlərinin beynəlxalq elmi platformalarda sistemli şəkildə təqdim olunması məqsədi daşıyan bu təşəbbüs çərçivəsində növbəti konfransın 11 aprel 2025-ci il tarixində Eskişehir şəhərindəki Anadolu Universitetində keçirilməsi nəzərdə tutulur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            123 10.04.25 13:59