Günəş aktivliyi zəlzələlərə səbəb ola bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bill Qeyts Tramp və Maskı tənqid etdi  |     22:57 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     22:36 Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb  |     22:23 Başlıbel faciəsinin şahidləri məhkəmədə ifadə veriblər - FOTO  |     22:07 Paracüdoçu Şəhanə Hacıyeva Paralimpiya Oyunlarından uzaqlaşdırıldı  |     21:57 Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb  |     21:49 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:42 Səs yazısı yayılan direktor işdən çıxarıldı - AUDİO  |     21:30 Bu şəhərlərdə isti insanı öldürə bilər (SİYAHI)  |     21:23 Ağdamda 32 yaşlı kişini ilan sancıb  |     21:15 Pensiya alanlara yeni xəbər: Daha yüksək məbləğ ala bilərsiniz  |     21:07 3 manata satılan kabablar hansı ətdən hazırlanır? (VİDEO  |     20:50 60 yaşdan sonra insanlar üçün ən vacib fiziki hərəkət açıqlandı  |     20:43 Azərbaycan XİN: PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq  |     20:27 Türkiyədə heyvan mənşəli yoluxucu xəstəlik yayılıb, karantin elan edilib  |     20:05 Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qoşula bilər  |     19:44 Sumqayıtda marketin yaxınlığında 67 yaşlı qadının meyiti aşkarlanıb  |     19:27 Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ  |     19:03 Gəncədə bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır  |     18:44 HAMAS İsrail əsilli amerikalı əsiri bu gün azad edəcək  |    

Günəş aktivliyi zəlzələlərə səbəb ola bilər

Tsukuba Universiteti və Yaponiyanın Qabaqcıl Sənaye Elmləri və Texnologiyaları Milli İnstitutundan olan yapon alimləri Günəş aktivliyi, Yerin iqlimi və seysmik fəallıq arasında mümkün əlaqəni müəyyən ediblər.

Bu barədə araşdırmanın nəticələri "Chaos" elmi jurnalında dərc olunub.

Mütəxəssislər zəlzələlər, Günəş aktivliyi və Yer səthinin temperaturu ilə bağlı məlumatları təhlil etmək üçün riyazi və hesablama üsullarından istifadə ediblər. Alimlər kəşf ediblər ki, Yer səthinin temperaturu ilə bağlı məlumatların modellərə daxil edilməsi, proqnozun, xüsusilə dərin olmayan zəlzələlər üçün dəqiqliyini artırıb.

Günəş aktivliyi ilə əlaqədar planetin səthinin temperaturunun dəyişməsi süxurların xassələrinə təsir edərək onları daha kövrək və çatlamağa meyilli edir. Bu proseslər, həmçinin yeraltı suların hərəkətini də dəyişməyə qadirdir ki, bu da öz növbəsində tektonik plitələrin sərhədlərində təzyiqi dəyişə bilər.

Tədqiqat göstərib ki, Günəş istiliyinin Yer səthinə ötürülməsi cüzi olsa da, seysmik aktivliyə təsir göstərə bilər.

Kəşf müəllifləri hesab edirlər ki, Günəş aktivliyi proqnozlarının Yerin temperatur modellərinə daxil edilməsi zəlzələlərin proqnozlaşdırılmasının təkmilləşdirilməsi üçün mühüm alət ola bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            264 06.03.25 12:43