Efiopiya baş nazirini gətirən təyyarənin enişi ərəfəsində Somali aeroportu atəşə tutuldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bill Qeyts Tramp və Maskı tənqid etdi  |     22:57 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     22:36 Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb  |     22:23 Başlıbel faciəsinin şahidləri məhkəmədə ifadə veriblər - FOTO  |     22:07 Paracüdoçu Şəhanə Hacıyeva Paralimpiya Oyunlarından uzaqlaşdırıldı  |     21:57 Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb  |     21:49 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:42 Səs yazısı yayılan direktor işdən çıxarıldı - AUDİO  |     21:30 Bu şəhərlərdə isti insanı öldürə bilər (SİYAHI)  |     21:23 Ağdamda 32 yaşlı kişini ilan sancıb  |     21:15 Pensiya alanlara yeni xəbər: Daha yüksək məbləğ ala bilərsiniz  |     21:07 3 manata satılan kabablar hansı ətdən hazırlanır? (VİDEO  |     20:50 60 yaşdan sonra insanlar üçün ən vacib fiziki hərəkət açıqlandı  |     20:43 Azərbaycan XİN: PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq  |     20:27 Türkiyədə heyvan mənşəli yoluxucu xəstəlik yayılıb, karantin elan edilib  |     20:05 Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qoşula bilər  |     19:44 Sumqayıtda marketin yaxınlığında 67 yaşlı qadının meyiti aşkarlanıb  |     19:27 Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ  |     19:03 Gəncədə bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır  |     18:44 HAMAS İsrail əsilli amerikalı əsiri bu gün azad edəcək  |    

Efiopiya baş nazirini gətirən təyyarənin enişi ərəfəsində Somali aeroportu atəşə tutuldu

Moqadişuda (Somali) Adan-Adde hava limanı minaatanla atəşə tutulub. Hücum Efiopiya Baş naziri Abiy Əhmədin təyyarəsinin enişindən bir neçə dəqiqə əvvəl həyata keçirilib.

Median.Az
bu barədə "Türkiye Gazetesi" xəbər yayıb.

Bildirilir ki, hazırda hadisə yerində təhlükəsizlik xidmətləri işləyir. Hələ ki, zərərçəkənlər haqqında məlumat verilməyib.

Hücumun "Əş-Şəbab" təşkilatı tərəfindən həyata keçirildiyi ehtimal edilir. Bildirilir ki, azı 11 mərmi atılıb. Bunlardan biri Somali Prezidenti Həsən Şeyx Mahmudun Efiopiya baş nazirini qarşılamaq üçün gözlədiyi VIP terminalın yaxınlığına düşüb.

Qeyd olunur ki, Baş nazir Abiyin səfərindən əvvəl Moqadişu tamamilə təcrid altına alınmış, hava limanının ətrafındakı yollar bağlanmış və təhlükəsizlik ən yüksək səviyyəyə çatdırılmışdı. Buna baxmayaraq, hücumun baş verməsi regional təhlükəsizlik zəifliklərini bir daha gündəmə gətirib.

Hələlik Somali hökuməti hücumla bağlı rəsmi açıqlama verməyib, "Əş-Şəbab" təşkilatı da hücumun məsuliyyətini öz üzərinə götürməyib. Lakin qrup daha əvvəl də oxşar hücumlar təşkil edib və Somali daxilindəki hökumət obyektlərini hədəf alması ilə tanınır.

Yeri gəlmişkən, Baş nazir Abiyin səfəri Türkiyənin vasitəçiliyi ilə imzalanan Ankara Bəyannaməsindən sonra baş tutub. Dekabr ayında əldə olunan bu razılaşma Efiopiya ilə Somali arasındakı diplomatik böhranın həllini təmin etmişdi. Türkiyənin təşəbbüsü ilə əldə edilən atəşkəs iki ölkə arasında texniki danışıqların yolunu açıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            258 27.02.25 14:59