23:01 Serbiya 2023-cü ilin əvvəlindən Azərbaycandan elektrik enerjisi almağı planlaşdırır  |     22:44 Samux rayonunda quyuda meyit tapılıb  |     22:15 “Twitter”də rəngli nişanlar istifadəyə veriləcək  |     22:00 “WhatsApp”da audio statusları da paylaşmaq mümkün olacaq  |     21:16 Ulduz falı: 27 noyabr, 2022-ci il - Gün məhsuldar və hadisələrlə dolu olacaq  |     21:10 Belçika Kiyevə 10 sualtı dron və iki mobil laboratoriya verib  |     21:02 ÜST koronavirusla bağlı dünya ölkələrinə çağırış edib  |     20:55 Bakıda idman arenasında DAVA - ÖLƏN VAR  |     20:39 Azərbaycan XİN rəhbəri belaruslu həmkarının vəfatı ilə bağlı başsağlığı verib  |     20:33 İlon Mask smartfon istehsal edəcəyini vəd edib  |     20:26 Suriyada ABŞ-ın hərbi bazası raket atəşinə tutulub  |     20:14 ABŞ Yunanıstanda PUA bazası yaradır  |     20:08 DÇ-2022: Cəmi 250 avroya transfer olunan futbolçu mundiala necə gedib?  |     19:57 Azərbaycandakı mobil operatorlar 10 ayda 858 milyon manat gəlir əldə edib  |     19:51 Qvatemala ABŞ-ın sanksiyalarına məruz qalan Rusiya vətəndaşını ölkəyə buraxmayacaq  |     19:33 DÇ-2022: Fransa və Danimarka yığmalarının start heyətləri açıqlanıb  |     19:06 “Instagram” İran Prezidentinin sözçüsünün hesabını bloklayıb  |     18:40 Narkotik satan iki qardaş tutuldu  |     18:17 Bakıda idman arenasında gənclər arasında dava olub: Ölən var  |     17:47 Dünya Oyunları: Azərbaycan idmançısı gümüş medal qazanıb  |    
Şuşa, Ağdam və Füzuliyə dekabr ayına olan biletlər satışa çıxarılır
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə dekabr ayına olan biletlər sabah saat 16:00-da satışa çıxarılacaq.

Sərnişinlər biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.

Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.

Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bileti yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş istifadə edə bilər. Biletlər alındıqdan sonra başqa şəxsə ötürülməsi mümkün deyil.

Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətinə isə ilk müntəzəm avtobus reysi 25 iyun tarixində həyata keçirilib. Bu günə qədər ümumilikdə 432 reys həyata keçirilib, 19 950 nəfər Şuşa, Ağdam və Füzuli şəhərlərinə səfər edib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            216 24.11.22 13:06