Prezident İlham Əliyev özbəkistanlı həmkarını təbrik edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bill Qeyts Tramp və Maskı tənqid etdi  |     22:57 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     22:36 Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb  |     22:23 Başlıbel faciəsinin şahidləri məhkəmədə ifadə veriblər - FOTO  |     22:07 Paracüdoçu Şəhanə Hacıyeva Paralimpiya Oyunlarından uzaqlaşdırıldı  |     21:57 Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb  |     21:49 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:42 Səs yazısı yayılan direktor işdən çıxarıldı - AUDİO  |     21:30 Bu şəhərlərdə isti insanı öldürə bilər (SİYAHI)  |     21:23 Ağdamda 32 yaşlı kişini ilan sancıb  |     21:15 Pensiya alanlara yeni xəbər: Daha yüksək məbləğ ala bilərsiniz  |     21:07 3 manata satılan kabablar hansı ətdən hazırlanır? (VİDEO  |     20:50 60 yaşdan sonra insanlar üçün ən vacib fiziki hərəkət açıqlandı  |     20:43 Azərbaycan XİN: PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq  |     20:27 Türkiyədə heyvan mənşəli yoluxucu xəstəlik yayılıb, karantin elan edilib  |     20:05 Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qoşula bilər  |     19:44 Sumqayıtda marketin yaxınlığında 67 yaşlı qadının meyiti aşkarlanıb  |     19:27 Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ  |     19:03 Gəncədə bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır  |     18:44 HAMAS İsrail əsilli amerikalı əsiri bu gün azad edəcək  |    

Prezident İlham Əliyev özbəkistanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Ali Məclisinin Qanunvericilik palatasına seçkilərin uğurla keçirilməsi münasibətilə Prezident Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktubunda qeyd edib:

"Qardaş Özbəkistanın tarixində ilk dəfə olaraq qarışıq seçki sistemi üzrə keçirilmiş bu səsvermə ölkənizin demokratik dövlət quruculuğu prinsiplərinə sadiqliyini bir daha bariz şəkildə nümayiş etdirdi.

Səsvermənin nəticələri xalqınızın Sizin qətiyyətlə yürütdüyünüz siyasi xəttə olan inam və etimadının təzahürü, Özbəkistanın daha da inkişafı və qüdrətlənməsi istiqamətində xidmətlərinizə real dəstəyinin ifadəsidir.

Yeni tərkibdə fəaliyyətə başlayacaq Ali Məclisin Qanunvericilik palatasının işinə müvəffəqiyyətlər arzulayıram.

Fürsətdən istifadə edərək bir daha Sizə səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Özbəkistan xalqının rifahı və firavanlığı yolunda ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar və nailiyyətlər diləyirəm".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 601 28.10.24 19:40