NİİM sürücülərə müraciət edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Alyaskada buzlaqlar əridi, yeni bir ada üzə çıxdı  |     22:56 Öldürülən motosikletçinin valideynləri azərbaycanlı ailədən 100 milyon rubl istəyir  |     22:50 Atlantik okeanının altında nəhəng içməli su mənbəyi tapıldı  |     22:42 Almaniyada azərbaycanlı saxlanıldı: İnsan qaçaqçılığında ittiham olunur  |     22:37 BDU-da bəzi ixtisaslarda dərslər 4 gün olacaq  |     22:29 "Zəngəzur" mahnısı təqdim edildi (VİDEO)  |     22:24 İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş  |     22:15 Şənbə günü yağış yağacaq, şimşək çaxacaq  |     22:09 Gənclər və İdman Nazirliyindən bu səlahiyyəti alındı - Sahil Babayevin tapşırığı...  |     22:01 Xaricdən gətirilən balıqlar yerli məhsullardan niyə ucuz satılır?  |     21:50 Azərbaycan paralimpiyaçısı xal ehtiyatında 12-ci pilləyə yüksəlib  |     21:43 Türkiyədə meşə yanır, təyyarə və helikopterlər cəlb olunub  |     21:29 Yaddaşa mənfi təsir göstərən qidalar  |     21:23 Ağdamda maşın aşdı, yeniyetmə öldü  |     21:15 Neftçalada 1 yaşlı körpəni anası yerə çırparaq öldürübmüş - VİDEO  |     21:09 “Kəpəz” “Araz-Naxçıvan”a məğlub oldu  |     20:50 Nepalda müvəqqəti hökumətin başçısı məlum oldu  |     20:42 Qəzalı vəziyyətdə olan 400 orta məktəbin aqibəti necə olacaq? - Ekspert  |     20:33 Xırdalan-Sumqayıt-Xırdalan qatarlarının hərəkəti müvəqqəti DAYANDIRILIR  |     20:26 Bəybala Xankişiyevə "stop" qoyuldu  |    

NİİM sürücülərə müraciət edib

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

Mərkəzdən verilən məlumata görə, iyun ayının əvvəlindən başlayaraq paytaxt yollarında hətta pik saatlarda sıxlıq azalıb:

"Yay tətili və əhalinin bir çoxunun məzuniyyətdə olması buna əsas səbəb kimi göstərilə bilər. Lakin müşahidə kameralarının görüntüləri əsasında aparılan təhlillər göstərir ki, günün müxtəlif saatlarında yol-nəqliyyat hadisələri baş verir, texniki nasaz nəqliyyat vasitələri yollarda qalır və bəzi sürücülər dayanma və durma qaydalarına əməl etmirlər.

Nəticədə nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi küçə və prospektlərdə hələ də sıxlıq yaranır. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin nəzərinə çatdırır ki, qeyd olunan səbəblərdən yollarda sıxlığın yaranması həm özlərinin, həm də digər hərəkət iştirakçılarının vaxtında mənzil başına çatmamasına gətirib çıxarır. Sürücülərə yola çıxmazdan əvvəl avtomobilin texniki vəziyyətinə baxış keçirməyi və yol hərəkəti qaydalarına əməl etməyi tövsiyə edirik".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            480 31.07.24 11:29