Qanunsuz ağac kəsənlər və ətraf mühiti çirkləndirənlər məsuliyyətə cəlb olunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 "8-ci kilometr" bazarında xadimə ticarətçi qadını döydü: üz sümüyü sındı  |     22:55 Bakının bu ərazisində evlər söküləcək  |     22:43 Bu klublara avrokuboklar və Premyer Liqada iştirak üçüm lisenziya verildi  |     22:37 Papa seçimi: Bağlı qapılar arxasında inanılmaz detallar - Bu qidalar niyə qadağandır?  |     22:31 Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş  |     22:22 Həkimlərin bonusları 6 aydır niyə ödənilmir? (AÇIQLAMA)  |     22:16 Məhkəmə Əhməd Məmmədli ilə bağlı həbs qərarı verdi  |     22:11 Bakıda evi plana düşən sakinlər narazılıq edir: "48 000 AZN-ə ev ala bilərəm?" - VİDEO  |     22:03 Yaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir? - VİDEO  |     21:57 Tramp Zelenski ilə telefonla danışmaq niyyətindədir  |     21:49 Ərdoğan Pakistan və Hindistana çağırış edib  |     21:43 Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib  |     21:35 AYNA mayın 9-da hansı müntəzəm marşrutların hərəkət sxemində dəyişiklik edib?  |     21:30 Bu il 10 min şagird kompüter vasitəsilə monitorinq olunacaq  |     21:22 Julyen de Frepo: "Belçika şirkətlərinin Qarabağda infrastruktur layihələrdə iştirakı mümkündür"  |     21:11 Azərbaycanda növbəti torpaq hərracı elan edilib  |     21:02 Azərbaycanda 70-dən çox talassemiya xəstəsi sümük iliyi köçürülməsi üçün növbə gözləyir  |     20:57 NATO tarixində ilk dəfə türk general direktor vəzifəsinə seçilib  |     20:50 Heç bir ölkə kiberhücumlardan tam müdafiə oluna bilməz - RƏY  |     20:44 Ağ tüstü çıxdı: Yeni Roma Papası seçildi  |    

Qanunsuz ağac kəsənlər və ətraf mühiti çirkləndirənlər məsuliyyətə cəlb olunub

İsmayıllı və Ağdaşda polis əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, qanunsuz ağackəsmə hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilmiş tədbirlərlə İsmayıllı rayonunun Şəbiyan, Ağdaş rayonunun isə Pirəyir kəndi ərazisində yaş halda olan ağacları kəsən şəxslər müəyyən ediliblər.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış materiallar qərar qəbul edilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinə göndərilib.

Həmçinin, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulmasının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı Gürcüva kəndi ərazisində sanəye və məişət tullantılarının qalaqlanması aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələbləri pozulduğu üçün obyekt sahibi barəsində protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 188 01.12.23 21:03