Mojo.az Banner
21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |     19:52 Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından paylaşım edib - Foto  |     19:41 Qızının makiyajına görə direktorla mübahisə edən ata həbs olundu  |     19:30 COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb  |     19:14 8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək  |     18:57 Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi - Səbəb  |     18:44 Rusiya TRIPP layihəsində iştirak etməyə hazırdır  |     18:38 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza  |     18:32 Qusarda vəhşi heyvanlar üç nəfərə xəsarət yetirib  |     18:28 Saleh Səmədova hökm oxundu  |     18:26 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper karyerası barədə qərar verdi  |     17:20 Lavrov Azərbaycana təşəkkür etdi  |     17:19 Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Heç bir ölkə kiberhücumlardan tam müdafiə oluna bilməz - RƏY

08.05.2025 20:50 654
Heç bir ölkə kiberhücumlardan tam müdafiə oluna bilməz - RƏY
Media cəmiyyətin görən gözü, danışan dili, eşidən qulağıdır və informasiya məkanına edilən hücum, sərhəd tanımır. Heç bir ölkə bu hücumlardan tam müdafiə oluna bilməz.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov deyib.

O qeyd edib ki, kiberhücumlar bir ölkənin daxili sabitliyini poza və cəmiyyətdə çaşqınlıq yarada bilər:

"Bu kimi hücumlara qarşı mübarizə yalnız dövlətin və ya jurnalistlərin vəzifəsi deyil, hərkəsin vəzifəsidir.

Azərbaycanın media resurslarına qarşı kiberhücumların artması, xüsusilə Rusiya ərazisindən qaynaqlandığı bildirilən hücumlar fonunda bu məsələ artıq təkcə texniki yox, həm də siyasi və strateji təhlükəsizlik problemi kimi qiymətləndirilməlidir. Bu istiqamətdə xüsusilə dövlət, media, o cümlədən özəl sektor arasında koordinasiya edilmiş kiberdayanıqlılıq sistemi qurula bilər".

Milli Məclisdə dezinformasiyalara, hibrid təhditlərə, kiber hücumlara operativ cavab verən, komissiyanın formalaşdırıldığını diqqətə çatdıran deputatın sözlərinə görə media sahəsində çalışan təşkilatlar bu mübarizədə qabaqcıl təcrübəni öz aralarında paylaşa bilərlər:

"Həmçinin məlumatlılığın artırılması, kiberdayanıqlılıq, informasiya məkanına hibrid hücumların müzakirə oluna biləcəyi bir platforma və ya birgə təşkilat yaradıla bilər. Bu sadəcə mənim tərəfimdən bir təklif olardı. O cümlədən redaksiya heyətləri və jurnalistlər kibertəhlükəsizlik, informasiya müharibələri, dezinformasiyanın tanınması və qarşısının alınması üzrə mütəmadi təlimlərdən keçirilə bilər.

Düşünürəm ki, bu kimi hücumlara qarşı durmaq üçün təhlükəsizlik – informasiya – diplomatiya – hüquq dördbucağında davamlı koordinasiyalı fəaliyyət vacibdir. Xüsusilə, bu hücumların ifşa olunması, ona qarşı hüquq çərçivəsinə mübarizə gələcəkdə bu kimi hücumların qarşısını almaq üçün önəmlidir. Bu istiqamətdə eyni zamanda dost ölkələrin təcrübəsinə də baxa bilərik".скачать dle 11.3
Mojo.az Banner