Mojo.az Banner
21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |     21:05 “WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq  |     21:00 25 il sonra yenidən “Mumiya”da - FOTO  |     20:52 Bu çörək xərçəngi inkişaf etdirə bilər  |     20:47 Məşhur aktrisa 103 yaşında vəfat etdi  |     20:40 170 min dollar xaricə köçürüldü - şirkət 30 min dollardan çox cərimələndi  |     20:34 Taksi fəaliyyəti üçün narkoloji müayinə sənədini saxtalaşdırdı - 3000 manat cərimələndi  |     20:29 Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr (SİYAHI)  |     20:21 Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi  |     20:16 Xalq artisti əməliyyat edildi  |     20:08 Avtomobil gətirmək adı ilə 385 minlik dələduzluq etdi  |     20:02 Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə  |     19:54 Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olundu - Direktor işdən çıxarıldı  |     19:49 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Milli Məclisin komissiyası: Rusiyada Azərbaycana qarşı kütləvi surətdə informasiya kampaniyasına start verilib

02.09.2025 18:02 729
Milli Məclisin komissiyası: Rusiyada Azərbaycana qarşı kütləvi surətdə informasiya kampaniyasına start verilib
Rusiya Federasiyası ərazisindən Azərbaycana qarşı kütləvi surətdə informasiya kampaniyasına start verilib.

Bu barədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının bəyanatında qeyd olunub.

Bildirilib ki, kampaniya avqustun 27-də Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsi yayılandan dərhal sonra başlayıb:

"Monitorinq zamanı müəyyən edilib ki, aparıcının Zəngəzur dəhlizi ilə bağlı sualına Azərbaycan Prezidentinin tarixi faktlara əsaslanan cavabı kontekstdən çıxarılaraq saxtalaşdırılmış və ya təhrif olunmuş formada rus oxucusuna təqdim edilir. Rusiya cəmiyyətində anti-Azərbaycan təbliğatını alovlandırmaq məqsədi ilə təşkil edilən kampaniya televiziya kanalları və xəbər saytları, sosial media platformaları və müəyyən təsiretmə roluna malik radikal mövqeli şəxslər vasitəsilə aparılır. Kampaniyada Rusiya ərazisində fəaliyyəti qadağan edilmiş və məhdudlaşdırılmış "Facebook", "Instagram" və "X" kimi platformalardan, habelə digər ölkə vətəndaşlarının adından yaradılan sosial media profillərindən və botlardan da geniş istifadə olunduğu müşahidə edilib".

Qeyd edilib ki, kampaniyada diqqətçəkən digər bir element isə Azərbaycanın sosial media seqmentinin hədəfli reklamlar vasitəsi ilə seçilməsi və orada ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşı təhdidedici fikirlərin yer almasıdır:

"Onu da qeyd etməliyik ki, bu cür ikrah doğuran kampaniyaların Azərbaycanda ictimai rəyə heç bir təsiri yoxdur. Bu cür fəaliyyətlər yalnız Rusiya cəmiyyətini yalan faktlara söykənərək qızışdırmağa, qonşu dövlətlərlə əsassız düşmənçiliyə sürükləyir. Rusiyanı narahat edən "rusofobiya" sindromunun köklərini "Z" blogerlərin fəaliyyətində axtarmaq lazımdır. Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya aidiyyəti dövlət qurumları ilə birgə dövlətimizə qarşı aparılan bu qeyri-dost hərəkətləri yaxından izləyir və müvafiq qabaqlayıcı tədbirləri davam etdirir".
скачать dle 11.3
Mojo.az Banner