Mojo.az — elanlar
Son Xəbərlər
21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |     19:07 İcbari tibbi sığorta ilə alınan dərmanların siyahısı genişləndiriləcək  |     19:04 Sabah paytaxtın iki rayonunda qaz olmayacaq  |     18:51 Bakıda manatlıq taksidə 16 yaşlı oğlana qarşı seksual xarakterli təzyiqdə şübhəli bilinən sürücü saxlanıldı  |     18:15 İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib  |     17:58 Otaq yoldaşını öldürüb parçaladı, adından mesaj yazıb, maaşını aldı - MƏHKƏMƏ  |     17:39 MŞ jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib.  |     17:35 Azərbaycanın Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib  |     17:33 “Brain Academy”də 2 yaşlı uşağa zorakılıq edən işçi işdən çıxarıldı  |     17:26 Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb  |     17:23 Çexiyaya köçən azərbaycanlı miqrant qadın əri tərəfindən qətlə yetirildi, 3 övladından xəbər yoxdur  |     17:18 Tikinti və təmir adı altında vətəndaşların pulunu ələ keçirən şirkət rəhbəri saxlanılıb  |     17:13 “Lyuk”a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu klublara avrokuboklar və Premyer Liqada iştirak üçüm lisenziya verildi

08.05.2025 22:43 822
Bu klublara avrokuboklar və Premyer Liqada iştirak üçüm lisenziya verildi
Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

İclasda 2025/26 mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Misli Premyer Liqasında, I Liqada və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2024) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərarları qəbul edib:

UEFA-nın kişilər arasında keçirilən klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: "Araz-Naxçıvan” PFK, "Qarabağ” FK, "Neftçi” PFK, "Sabah” FK, "Sumqayıt” FK, "Turan Tovuz” PFK İB, "Zirə” PFK.

UEFA-nın qadınlar arasında klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: "Neftçi” PFK, "Sumqayıt” FK.

Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: "Baku Sportinq” FK, "Difai” FK, "İmişli” FK, "Karvan” FK, "Kəpəz” PFK İB, "Qəbələ” İK, "Səbail” PFK, "Şamaxı FK”.

I Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: "Cəbrayıl” FK, "Dinamo” FK, "Hypers Quba” FK, "Qaradağ Lökbatan” FK, "Mingəçevir” FK, MOİK FK, "Şahdağ Qusar” FK, "Şəfa” FK, "Şəmkir” PFK, "Şimal” FK, "Zaqatala” FK.

I Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin: "Araz Saatlı” FK, "Füzuli” FK.

AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: "Araz-Naxçıvan” PFK, "Baku Juniors” FK, "Dirçəliş” FK, "Qəbələ” İK.

UEFA lisenziyasına müraciət edən lisenziya iddiaçısı Lisenziya Komissiyası tərəfindən qəbul olunmuş qərarı aldıqdan sonra 10 (on) gün ərzində apellyasiya şikayəti vermək hüququna malikdir. Yerdə qalan lisenziya növlərinə müraciət edən lisenziya iddiaçıları üçün isə bu müddət 5 (beş) gündür.

Qeyd 1: Azərbaycan futbol klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2024) 14-cü maddəsinə müvafiq olaraq, 2025/2026-cı illər mövsümündə aşağıda göstərilən lisenziyaları alınmış klublar avtomatik olaraq digər lisenziya(ları)nı əldə etmiş hesab olunur:

UEFA-nın kişilər arasında keçirilən yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Misli Premyer Liqası və I Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.

Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün I Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.

UEFA-nın qadınlar arasında keçirilən yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm AFFA Yüksək Qızlar Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.

Qeyd 2: Yuxarıda adları sadalanmayan klublar lisenziya prosesinə qoşulmaqdan imtina edib.

Son xəbərlər